1695-ci ildə İsmayıl Kaşani tərəfindən hazırlanmış, üzərində Quran ayələrinin yazıldığı qırmızı-bənövşəyi rəngli ipək parçadan hazırlanmış Səfəvi bayrağı hazırda Nyu-York Metropoliten Muzeyində saxlanılır.
Üçbucaq formasında olan bayrağın mərkəzindəki iri fiqurun içərisində Quranın 110-cu “Nasr” surəsinin, yuxarıda sağdakı fiqurun içərisində Quranın 37-ci “Saffat” surəsinin 172-173-cü ayələri, balaca sarı rəngli fiqurun içərisində ərəbcə “Ey qapıları açan”, iki rəngli fiqurun mərkəzində və kənar hissəsində ərəbcə “Zəfər bayrağı, işin başlanğıc tarixi” və “Allahın verdiyi zəfər bayrağı, işin bitmə tarixi 1107, farsca İsmayıl Kaşaninin şagirdinin işi” və aşağıdakı fiqurun içərisində isə ərəbcə “Ey əzəmətli” ifadələri yazılmışdır.
Qırmızı rəngli Səfəvi bayrağı görünür ordu və mərasim bayrağı kimi istifadə olunmuşdur.Bütün bunlar bir daha təsdiq edir ki, Səfəvilər dövlətində ağ və yaşıl rəngli bayraqlarla yanaşı, qırmızı rəngli bayraqlar da mövcud olmuşdur.Səfəvilər ordusunda qırmızı döyüş bayraqlarının olması faktını Şah İsmayıl Xətayi “Divanı”ndakı məlumatlar da təsdiq edir:
"Qızıl ələm, qızıl bayraq, qızıl tac, Geyinsə qazilər, ol gün həzərdir"
Comments are closed.