Azərbaycan şahlarının poeziyaya meylindən, öz doğma ana dilində yazdıqları şeirlərdən bundan əvvəl sizə məlumat vermişdik. Cahan şah Həqiqi, Şah İsmayıl Xətai, “Sani” təxəllüslü Şah Abbas azərbaycan türkcəsində gözəl incilər yaratmışdılar.
Xəbəriniz olsun ki, Qacar sülaləsi də bu yöndə heç də geri qalmadılar. Nadir tapıntı qismində sizə, “İRS-az” qrupunun aşkar etdiyi Fətəli Şah Qacarın divanından, azərbaycan türkcəsində olan şeirlərini sizə təqdim edirik.
Qeyd-i zülfündən, cahan qeydindən azad olmuşam Ba vücud-i bu pərişanlıq, əcəb şad olmuşam Xubrular kişvəri abadandır ey sənəm Mən sənin lütfündən iynə-peykər, abad olmuşam Qamətin gör qaç cahanda meyl i tuba eyləməz Beylə qumru paybənd-i sərv-i şimşad olmuşam Qaşların qövs-i qüzeh, ləblərin şəhd-i şəkər Həsrət-i ləl-i ləbində, dərgəh-i fərhad olmuşam Çeşm-i məstin gördü Xaqan, ey bidadgər Gözlərin heyranə mən gördüm ki səyyad olmuşam. __________________________________________________________ Camalın aftab-i aləm-ara Bərin sim, ürəkdir səng-i xara Bu səyyadın qollarından seyd çıxmaz Elə bu seyd-i miskinə müdara Əlində xəncər-i simabqundur Yəd-i beyza eyləyibdir aşkara Ləb-i ləlin həyat-i cavidan Sən oldun İsa və aləm nisara Kəminə çakirin Хaqan, kəm oldu Sikəndər çakiri, dərban-i Dara. Mənbə: https://t.me/irs_azerbaijan
Comments are closed.