Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Karvansara Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cənubda yerləşən karvansara Bakı-Salyan yolu üzərində qərarlaşır. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırmışdır.

Səngəçal karvansarasında qonaq və xidmətçilər üçün otaqlar, həmçinin yardımcı təsərrüfat tikililərinə sahibdir. Tikili dördbucaqlı formada inşa edilmişdir. İki mərtəbəlidir. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Bina mişar daşından inşa edilmişdir Binanın fasadında olan kitabədə karvansaranın şirvanşah  I Xəlilullahın göstərişi ilə 1439-40-cı illərdə inşa edilməsi qeyd olunur.

Hal-hazırki vəziyyəti onu göstərir ki, təcili olaraq qorunmağa və bərpaya ehtiyac var. Daha sonra muzey olaraq, yerli sakinlərin, turistlərin və məktəblilərin ziyarəti üçün istifadəyə verilməlidir.

Comments are closed.