Polyak müəllif Y.T.Kruşinskinin XVIII yüzilliyin birinci yarısında Səfəvilər dövlətində, o cümlədən də Azərbaycanda baş verən bir sıra mühüm tarixi hadisələri əks etdirən bu əsəri indiyədək ingilis, fransız, alman, türk, fars və başqa dillərə tərcümə olunmuş, geniş tədqiqata cəlb olunmuşdur. 1708-1726-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin paytaxtı İsfahanda yaşayıb fəaliyyət göstərən müəllif həmin əsərdə Səfəvilər dövlətinin Rusiya və Osmanlı ilə qarşılıqlı münasibətlərinə, Səfəvilər dövlətinin süqutuna geniş yer vermişdir.
Comments are closed.