Bir müddət əvvəl Türkiyənin Ərzurum bölgəsinin Şenkaya ərazisində, Qıpçaq türklərinə aid məzar daşı tapıldı. Bu daş heykəllər tarix elminə “daşbaba” və ya “daşata” adı ilə tanınır, onlara “balbal” da deyilir.
Professor Osman Mərt daşbaba heykəlini araşdırdıqdan sonra Asiyada tapılan heykəllərlə oxşarlığını ortaya qoydu. Məhz bu günə qədər Monqolustan, Sibir, Qazaxıstan, Qırğızıstan və Ukrayna ərazisində 2145-dək belə heykəl tapılmışdır.
Türk xalqlarının məskunlaşma ərazisini göstərən bu daş abidələr, böyük mədəni və tarixi əhəmiyyətə malikdirlər.
Maraqlıdır ki, Azərbaycan ərazisində və indiki işğal altında olan Qarabağda da yaşı 3000 min ilədək olan bu tip daş heykəllər tapılmışdır. Ermənilər, onlarin bu bölgədə olduqlarını göstərə biləcək bir şey tapmaq üçün torpaqlarımızda apardiqlari qazintilar zamani, ozləri də bilmədən, Ağdamda, Azərbaycan xalqının irsinə aid, və yaşi e.ə 1 minilliyə aid olan daş heykəlllər tapdılar.
Bir sözlə, bütün bu mədəniyyət yalnız türk xalqlarına aiddir və bununla da Altay nəzəriyyəsini – türk xalqlarının bu bölgəyə köçü yalniz XI-ci əsrdən başladiği iddiasini, darmadağin edir.
Bu, hələ bilmədiyimiz və türk xalqlarının Azərbaycanda minilliklər boyunca məskunlaşdıqlarını sübut edən neçə tarixi abidənin yeraltında gizləndiyini göstərir. Sonradan bura köç etmiş türk xalqlari, yeni nəfəs gətirərək, daha əvvəl burada olan mədəniyyət və həyat tərzini daha da zənginləşdirdi.
Mənbə: rizvanhuseynov.com
Comments are closed.