Osmanlı, Xivə və Buxara dövlətlərində Şiə məzhəbindən olan şəxslərə dövlətdə yer verilmədiyi halda, Səfəvilər Sünni məzhəbindən olan şəxslərə Dövlət işlərində böyük vəzifələr vermişdi.

Bütün stereotpləri alt-üst edən bu sözlərə əsası nədir? – 18-ci əsr, Tadeusz Krusinski “İran Seyahatnamesi” kitabı

Səfəvi sarayında yaşamış Polyak əsilli yezuit və səyyah Judasz Tadeusz Krusinski “İran Seyahatnamesi” kitabında «Səfəvi İmperiyasının Sünni məzhəbli dövlət xadimləri və Səfəvilərin Qafqaz Sünnilərinə Xristianlardan qorunmaq üçün pul göndərməsi» haqqında geniş məlumat verir. Polyak Krusinski sarayda olan müddətdə Səfəvilərin Sünni Baş vəzirinin söhbətlərinə qatılaraq maraqlı qeydlər toplayır.

Səfəvi imperiyasının həmin məzhəbdən olan dövlət xadimlərinin bəziləri:

Səfi xan Ləzgi – Çuxursəəd [İrəvan] bəylərbəyi
Fətəli xan Dağıstani – Səfəvi dövlətinin Etimadüd-dövləsi [Dövlətin etimadı], yəni Dövlətin ən üstün Böyük vəziri

[Qeyd: ‘Etimadüd-dövlə’ Səfəvi dövlətinin ən üstün vəzifəsi idi, Ordu və saray Səfəvi hökmdarından sonra birbaşa Etimadüd-dövləyə yəni Böyük Vəzirə bağlı idi, Sünni məzhəbli Fətəli xan Dağıstani Səfəvi dövlətinin ‘Etimadüd-dövlə’ vəzifəsinə layiq görülmüşdü.]
Lütfəli xan Dağıstani – Səfəvi ordusunun baş komandanı və Fars bəylərbəyi
Aslan xan Dağıstani -Kuhgiluyə və Astarabad bəylərbəyi
Həsənəli xan Dağıstani – Şirvan və Şamaxı bəylərbəyi

Məhəmmədəli xan – Səfəvi ordusunun baş komandanı və Çuxursəəd bəylərbəyi
Məhəmməd xan – Herat bəylərbəyi

Polyak Judasz Tadeusz Krusinski “İran Seyahatnamesi” kitabında Səfəvi dövlətinin Etimadüd-dövlə’si [Böyük vəziri] Fətəli xan Dağıstani haqqında belə yazır:

“Etimadüd-dövlə’nin [Fətəli xan Dağıstaninin] məktubları şahın yazı və fərmanlarından daha təsirlidir. Etimadüd-dövlə [Fətəli xan] Ləzgi olub, Sünni müsəlmandır və ləzgilər üzərində xüsusi imtiyaz sahibidir. Şirvan və İrəvan qalasına qədər olan yerlər qardaşının oğlunun [Həsənəli xan Dağıstaninin] ixtiyarında olduğundan, bu yerlərin işğal olunmamasına dair [sünnilərə] məktub yazmışdır.
Həqiqətdə Etimadüd-dövlə [Fətəli xan Dağıstani] şahın sadiq xidmətçisi və dövlətin xeyrini düşünən bütün işlərində şərəfli yetkin bir insan idi.”

Polyak Krusinski, Fətəli xan Dağıstaninin saraydakı məclislərinə qatılaraq “Fətəli xanın, Şah Sultan Hüseyn ilə söhbətində söylədikləri sözləri, xüsusilə Fətəli xanın Səfəvi dövlətinin Qafqaz Sünnilərinə Xristianlardan qorunmaq üçün Pul köməkliyi etməsi sözləri” haqqında öz kitabında geniş məlumat verir:

Məclisdə Fətəli xan Dağıstani aşağıdakı söylədi:

Mənim Ləzgi əsilli və Sünni olduğum cümləsinə gəlincə, Şah (Səfəvi) dövlətindəki Sünni əhali sadiq və öz işləri güclərindədirlər və heç kim onlar haqqında mənfi bir şey eşitməmişdir. Mən Etimadüd-dövlə olanda Ləzgiləri üsyanda gördüm. Ləzgilər İranda yaşadıqları Əlburz kimi dağlıq bölgədə, atalarınız [Səfəvi hökmdarları] zamanında onların zəbti (nəzarət altına almaq) gah çətinliklə, gah da könüllərini xoş tutaraq əldə edilirdi. Tədbir olaraq bu bölgədə bir neçə min döyüşçü əsgər saxlanılır, bundan başqa Şah Abbas xəzinədən ildə 1700 tümən axçanı [10.000 Pulu] onlara öz məmləkətlərini qorumaları və lazım olduqda müharibələrdə bizə [Səfəvi dövlətinə] yardıma hazır tutulmaları üçün vermişdir.

Bölgədəki qarışıq vəziyyətdən istifadə edilərək və Rus təhlükəsi diqqətə alınaraq Ləzgilər yatışdırılmış, Gürcüstan valisi Vaxtan ilə Şahın dostlarına qılınc çəkməmək şərti ilə razılaşılmış və Şah Abbasın qanununa uyğun olaraq 94 qəbilə [Ləzgi] rəisi Novruzda Tehrana gəlib maaşlarını istəyib birlik/ittifaq olduqlarını ifadə etmişdilər.”

Judasz Tadeusz Krusinski kitabında Fətəli xan, qardaşı oğlu, Səfəvi ordusunun baş komandanı və Fars bəylərbəyi Lütfəli xan Dağıstani haqqında da məlumat verir, Lütfəli xan özü Sünni ola-ola son nəfəsinə Səfəvi dövlətinə sadiq qalaraq, Hotaki [Əfqan] dövlətinə qarşı döyüşür və bəzi xainlər Lütfəli xanı əsir edərək Əfqanlara verir və Hotaki hökmdarı Mir Mahmud onu vəhşi şəkildə öldürür. Polyak Krusinski onun ölümü haqqında kitabında belə yazır;

“İsfahan Əfqanlar tərəfindən işğal edilən zaman Mir Mahmud Lütfəli xanın şah (Şah Sultan Hüseyn) və dövlət adamlarından incindiyini anlayıb, [Mir Mahmud Lütfəli xanın] Əfqanlara xidmət edəcəyini düşünərək ona şəfqət və ehtiram göstərdi. Lakin Lütfəli xan buna əhəmiyyət verməyərək İranlılara [Səfəvi dövlətinə] meyl edərək (2-ci) Şah Təhmasibin yanına qaçdı.

Bəzi [xain və satılmış] iranlılar isə əfqanlara öz səmimiyyət və məhəbbətlərini bildirmiş və Mir Mahmuda xidmət etmək məqsədilə Lütfəli xanı Bəni-İsfahanda saxlayıb, Mir Mahmudun yanına gətirdilər. Mir Mahmudun ona [Lütfəli xana] yazığı gəlmir və onun bədəninin iki yerə bölünməsini əmrini verir. Lütfəli xanın hər tikəsini bir yola asdılar. Onun iki oğlu Şah Təhmasibin xidmətində olmuşdur.”

Gördüyümüz kimi, eyni məzhəbdən olmasına baxmayaraq, Lütfəli xan, Əfqan hökmdarı tərəfindən vəhşicəsinə qətlə yetirilir, ancaq Lütfəli xan Səfəvi dövlətinə yenə son nəfəsinə qədər sadiq qalaraq, iki oğlunu Şah Təhmasibə verir.

Mənbə: Səfəvi sarayında yaşamış Polyak əsilli yezuit və səyyah “Judasz Tadeusz Krusinski’nin İran Seyahatnamesi.(səh. 81, 84, 86)

İndi ağıl sahibləri qərar versin ki, Səfəvilər məhzəbçi idilərmi?
Osmanlı dövlət xadimləri içində bir Şiə belə yox idi, Səfəvilərdə isə Sünni dövlət xadimləri mövcud olmaqla yanaşı, bu Sünni xadimlər son nəfəslərinə qədər Səfəvilərə sadiq qaldılar.

Vahid İbayev

Comments are closed.