Bizim Səfəvi/Qızılbaş dövlətimizə yersiz ittiham sürənlər, bu yazıyı diqqətlə oxusunlar:

“Osmanlı müttəfiqi Orta Asiya Özbək xanlarından İstanbula göndərilmiş türkcə məktub yoxdur. Ancaq Ağqoyunlu şahzadələrinin bir neçə türkcə məktubu var. Səfəvilərdə isə Türkcə rəsmi yazışmalarda daha çox istifadə olunur. Səfəvi sarayının İsfahana köçürüldüyü zaman belə, rəsmi dil Türkcədir. Sarayda Çuxurova türkmanlarının varsağıları dinlənir, Füzuli və [Özbək şairi] Nəvai kimi böyük türk şairlərinin divanları oxunur.
Prof. Faruk Sümer bu, nəticəyə gəlir:
“Səfəvi dövləti, istər söykəndiyi zümrə, istərsə dövlət təşkilatı və mədəniyyət baxımlarından özündən öncə eyni ölkədəki türk dövlətlərindən fərqsizdir və hətta, bəlkə, onların bəzilərindən daha çox Türklük keyfiyyətləri daşıyır.”

Türkiyə siyasətçisi və tarixçisi Doğan Avcıoğlu, «Türklerin Tarihi»

Vahid İbayev

Comments are closed.