Erməni keşiş, uşağı xaç suyuna salıb ona erməni adı qoymuş, lakin uşağın anası bu adı bəyənməyərək onu türk adına dəyişmişdi.
Söhbət Sarovda yaşamış ermənilərdən gedir. Onlar bizim kimi geyinir, bizim kimi görünür, bizim dildə danışırdılar.
1888-ci ildə çapdan çıxmış “Сборник материалов для описания местностей и племен Кавказа” adlı əsərində həmin bu heyrətamiz məlumatlar verilir:
“Tatarların [azərbaycanlıların-red.] erməni qadınlarına təsiri tatar qadınlarının geyimlərini təqlid etməkdə də özünü göstərir. Yerli erməni qadınları öz milli geyimlərini tərk edərək yaxın qonşuları olan tatarlar kimi geyinməyə başladılar.
Sarovda qadınlar öz gözəllikləri ilə seçilirlər, lakin bir qədər erməni üslubunda dəyişdirilmiş tatar kostyumu onlara cəlbedici görünüş vermir.
Tatarlardan kişi və qadın adlarını da götürdülər; kişi adlarından, məsələn: Behbud, Qara, Qasım, Atakişi, Al-oğlan və s.; qadınlardan – Çiçək, Yazgül, Balaxanım, Gülqəmbur və s.
Keşişlər xaç suyuna salma zamanı uşaqlara xristian adları verirlər, lakin analar bunu bəyənmir və onları tatar adları ilə əvəz edirlər. Onu deyim ki, 40-50 il əvvəl Sarovda keşişlərdən başqa hamı tatarca danışırdı, onlar [azərbaycanlılar – red.] kimi saçları qırxılmış halda gəzirdilər.
Sarovlu ətraf kənddən olan bir tatarla görüşəndə onu həmişə mehribanlıqla qarşılayır, onu “kirvə” adlandırır və ona ən mehriban ifadələrlə müraciət edir, məsələn: “xoş gəldin, indiyə qədər harada idin? arvad uşaq necədi?” və s.
Beləliklə, onların hər ikisi gözəl tatarca [azərbaycan dilində -red.] ifadə olunan nəzakət mübadiləsi aparır.
Gəlini valideyn evindən qaçırmaq adəti də tatarlardan götürülmüşdü..”
Comments are closed.