Azərbaycanda sufi cərəyanları ilk sufilərin meydana çıxdığı hicri II-III əsrlərə gedib çıxır. Sufizm tədqiqatçılarının fikrincə, bu əsrlərdə sufi təriqətləri meydana çıxmasa da, ilk sufilər öz məqsəd və missiyalarını yerinə yetirirdilər.

Şirvan-ı Kəbir (Böyük Şirvan) və Şirvan-ı Səğir (Kiçik) eyni əsrdə (h. 2-3-cü əsrlər) Azərbaycanda yaşamış iki böyük sufidir. Bundan başqa böyük sufi Əbu Səidin davamçısı olan Baba Kuhi kimi tanınan Əli b. Məhəmməd b. Abdulla Bakuvi (ö.442/1050) və qardaşı Hüseyn Şirvani (v.464/1072) də bu dövrün sufilərindəndir.

Hicri 3-4-cü əsrlərdə yaşamış Azərbaycan sufiləri bərdəli Əbu Abbas, Əbu Hüseyn Dündar Şirazi, Hüseyn b. Yəzdinyar, Əxi Fərəc Zəncani, Naxçıvanlı Xoca Məhəmməd Xoşnam və sonuncu və ən tanınmış sima Əbdülqahir Sührəvərdi (1096-1168) qeyd oluna bilər.

12-cü əsrdən etibarən isə təsəvvüf tarixində təriqətlər dövrü başlayır. Bu dövrdə Azərbaycan torpaqları təriqətlər mərkəzinə çevrilmişdir. Bu dövrdə Əxilik, Qədiriyyə, Sührəvərdiyə, Xəlvətiyyə, Hürufilik, Zahidiyyə, Səfəvilər, Rövşəniyyə, Gülsəniyyə kimi təriqətlər yaranıb İslam dünyasına yayıldı. Hazırda da fəaliyyət göstərən bu təriqətlərin əksəriyyətinin vətəni Azərbaycandır.

Zülfüqar Nəbiyev, “Azərbaycanda təsəvvüf hərəkatları” araşdırmasından

(Növbəti bölümlərdə bu hərəkatlar haqqında ətraflı yazmağa çalşacağıq)

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Comments are closed.