Taliblər etnik azərbaycanlılarla (Qızılbaş) necə davranır?
– Talibanın etnik azərbaycanlılara münasibəti son dərəcə mənfidir. Xüsusilə Heratda azərbaycanlılar yaşayır, onlar təxminən 16 mindi. Həmçinin azərbaycanlılara əfşar, bayat və başqa tayfalar daxildir.
Taliban hesab edir ki, Əfqanıstan onlara məxsusdur, ona görə də taciklər Tacikistana, özbəklər Özbəkistana, türkmənlər Türkmənistana, azərbaycanlılar Azərbaycana getməlidir. Taliban deyir ki, bu ölkə bizə məxsusdur.
Hələ hakimiyyəti ələ keçirməzdən əvvəl Taliban çoxlu etnik azərbaycanlını qətlə yetirmişdilər.
Azərbaycan üçün ağır günlərdə Talibanın birbaşa təhlükəsinə baxmayaraq, yaşadığımız kəndlərdə insanlar “Qarabağ Azərbaycandır!” şüarları səsləndirirdilər. Onlar Azərbaycan himnini oxuyub, eyni zamanda geyimlərinə Azərbaycan bayrağını tikirdilər. Minlərlə insan öz Facebook profillərində “Qarabağ Azərbaycandır!” çərçivəsini qoyub, Azərbaycanı dəstəkləyib.
Əfqanıstan müxtəlif etnik qrupların nümayəndələrinin yaşadığı ölkədir. Hakimiyyətdə olan etnik qrup isə başqa qruplara rəhbərlik etməyə çalışır. Təəssüf ki, əvvəlki hakimiyyətdə də azərbaycanlılara yer yox idi. Onlara həmişə qərəzli münasibət olub. Onlar daim təhdid edilir. Bir çox azərbaycanlıya istehza ilə qacar, əcnəbi, türk deyirlər. Baxmayaraq ki, türk olmaq bizim üçün böyük şərəfdir.
Damarlarımızda Azərbaycan qanı axır. Atalarımız, analarımız Qarabağ döyüşlərində ağlayıb, Azərbaycan əsgərlərinin uğuru üçün dualar ediblər. 2019-cu ildə Bakıya ilk gələndə daim ağlayırdım. Məndən asılı deyildi. Orada əcdadlarımızın ruhu mənimlə birləşdi. Bu, bizim tarixi vətənimizdir. Dilimiz, qürurumuzdu.
Caliber.az
Comments are closed.