Onlar Səidi Yerablur kurqanına sürükləyib orda..
Düşmənin kim olduğunu bilmək azdır, onu tanımaq lazımdır. Bilin ki, bu adi düşmənçilik deyil, əgər bu cür vəhşiliklər edilirdisə bu hisslər 100 illərdi ki onların qara qəlblərində yetişdirilirdi. Özüdə bu işdə Erməni kilsəsi baş rolda idi.
“Monte də öz növbəsində növbəti baş ağrısından xilas olmaqdan məmnun idi.
O, hansı adamı müttəfiq kimi qəbul etdiyini sonradan öyrənəcək: hələ 1990-cı ilin noyabrında Keçəl Azərbaycan Xalq Cəbhəsinin gənc fəalını sərhəd kəndindən qaçırdılar. Gənc azərbaycanlı Səid bir ay İrəvan yaxınlığındakı bağ evinin divarına zəncirlənmiş vəziyyətdə qalıb.
1991-ci ilin Yeni il gecəsi Keçəl və onun bir neçə yoldaşı, o cümlədən yerli polis və onların dostu Artak məhbusu İrəvan yaxınlığındakı Yerablur kurqanının zirvəsinə sürüklədilər. Orada Səidi Harut adlı bir yoldaşın qəbrinin yanında uzanan ağacın altında diz çökdürdülər. Sonra üç uşaq atası Keçəl küt bıçaqla Səidin boğazını kəsməyə başlayıb. Əvvəlcə Səid qışqırsa da, bir müddət sonra qışqırıq inilti ilə əvəz olundu.
Nəhayət, Artak daha qulaq asa bilməyəndə bıçağı Səyidin sinəsinə sancaraq, işini bitirdi. Harutun qəbri üstündə Səidin qanını içdilər və sonra getdilər. Az sonra bir dostu Keçəldən qızının xaç atası olmasını xahiş etdi. Vəftiz liturgiyası zamanı keşişin səsi ilahiyə yüksələndə Keçəl Səidin iniltisinin kilsədə əks-sədasını eşitdi.
O, huşunu itirərək mərasimi yarımçıq kəsdi. “Allah intiqam üçün it öldürən adamı nə vaxtsa bağışlaya bilərmi?” – deyə keşişdən soruşdu. O isə cavabında: “Bu, asılıdır” dedi, “dörd ayaqlı it idi, yoxsa iki ayaqlı?”
Comments are closed.