Təmkin ləqəbli Zeyn əl-Abidin Şirvaninin (1780-1837) “Bostan əs-Səyahə” kitabında çoxlu sayda müxtəlif coğrafi, tarixi və digər məlumatlar yer almışdı.

Şirvani Şamaxıda doğulmuş və on yeddi yaşına qədər Kərbəlada böyümuşdü. Daha sonra müxtəlif İslam məzhəblərinin ardıcıllarının dinləri və fikirləri ilə birbaşa tanış olmaq və qərəzsiz öyrənmək üçün 37 illik səyahətə çıxmışdı.

Şirvani uzun səfərində Bağdad, İraq, Əcəm, Gilan, Şirvan, Muğan, Talış, Xorasana və s. yerləri gəzmişdi.

Onun 1790-cı illərdə olduğu İrəvan şəhəri haqqında yazdıqlarına nəzər salaq:

“İrəvan Aranın mərkəzi və Azərbaycanın əyalətlərindən biridir ki, bu da Çoxor Səad adlanır. İrəvanlılar türk və şiədir. Oradakı insanların çox az hissəsi xristiandır. Güclü qalası var.”

Müəllif: Zeyn əl-Abidin Şirvani, “Bostan əs-Səyahə” kitabı (1831-ci il).

İstinad: t.me/yamajinternational

Comments are closed.