Osmanlı dövləti islamda kafir hesab edilən xrsitianlardan çox türk dövlətləri ilə müharibə aparıb.

Osmanlı imperiyası qurulanda Anadoluda Qaraman bəyliyi, Candaroğulları, Ağqoyunlular, Qaraqoyunlular, Germiyanoğulları, Saruhanoğulları kimi bir çox türk dövləti vardı. Osmanlı ordusu bu dövlətlərin hamısını bir-bir qılınc gücünə özünə tabe edir.

Əmir Teymur Anadoluya girib I Bəyazidə qalib gəldikdən sonra Osmanlı dövləti bir müddətliyinə süquta uğrayır, bu zaman bütün türkmən bəylikləri dirçəlib, yenidən qurulur. Osmanlı dövləti yenidən təşəkkül tapanda isə həmin türk dövlətlərini tamamilə tarixdən silir.

Orxan Qazi və Osman bəyin dövründə osmanlılar türk kimliyini qəbul edirdilər, ancaq sonralar Osmanlı tamamilə türk kimliyindən imtina edib, zorla islamlaşdırılmış müxtəlif xalqların dövlətinə çevrilir. Osmanlı sarayında ərəbcə, farsca və çox az türkcə kəlmələrdən ibarət osmanlıca adlanan ayrıca bir dildən istifadə edilirdi.

Osmanlı sənədlərində osmanlıların özlərini türk adlandırdığı bircə fakt belə yoxdur. Türklərin saraya, dövlət idarəçiliyinə qəbul edilməsi şansı çox az idi, osmanlı dövrünün səlnaməçiləri, saray tarixçiləri türkmənlərdən danışarkən onları “ağılsız türk”, “idraksız türk”, “çirkin türk” kimi xarakterizə edirdi.

Türkçü ideologiyanın öndərlərindən olan, Osmanlını türk dövləti kimi sahiblənməyə çalışan Ziya Göyalpın özü belə Osmanlı dövlətinin türk düşmənliyi ilə bağlı bir məqalə yazıb.

Osmanlı sultanları ancaq farsca yazır, məktublarında, şeirlərində türkmənləri aşağılayırdılar. Onlar “Qızılbaş” kəlməsi ilə “Türkmən” kəlməsini sinonim kimi istifadə edirdilər. Bunun əksinə olaraq Şah İsmayıl şeirlərində türkmən olması ilə, türkcə danışması ilə fəxr edir, Sultan Səlimə məktublarını türkcə yazırdı..”

Tarixçi alim, yazar – Erdoğan Aydın

Şah İsmayıl Səfəvi

P.S. Yazıdan da gördüyünüz kimi, başda Şah İsmayıl olmaqla, Səfəvi sülaləsini türklərin düşməni və farspərəst çıxarmaq istəyənlər gərək insafla danışsınlar və baxış bucaqlarına düzəliş etsinlər.

Comments are closed.