Cahangir bəy Sankt-Peterburq Hərbi Akademiyasını bitirib. Cümhuriyyət qurulduqdan sonra Azərbaycana qayıdır və Gəncə alayında komandir olur.

İlk öncə onu qeyd edək ki, Azərbaycan üçün Gəncənin dəyəri böyükdür, çünki bu şəhər Azərbaycana rəhbərlik etmiş və işğalçı ruslara qarşı mübarizlik simvoluna çevrilmişdir.
1920-ci ildə Bolşeviklər Azərbaycanı işğal edərkən, Azərbaycanın bir çox bölgələrində, Xalq Bolşeviklərə qarşı üsyanlar başladır. Bu üsyana ən əsas da Gəncə rəhbərlik edirdi və üsyanın lideri Cahangir bəy idi.

Üsyan yatırılsada, Azərbaycan tarixində böyük iz qoymuşdur. Cahangir bəy məcbur olaraq Avropaya mühacirət edir.
« Cahangir bəy, Polşa və Almaniyada» Ulu Öndər M.Ə. Rəsulzadənin, Polşanın qurucusu Marşal Yuzef Piłsudski ilə apardığı Hərbi anlaşmaları sayəsində, Marşal Pilsudski Azərbaycandan olan Hərbçilər ilə birbaşa özü məşğul olur və onları ciddi diqqətdə saxlayırdı.

Bunlar arasında Vəli bəy və yuxarıda adını qeyd etdiyimiz Cahangir bəy kimi bir çox nüfuzlu hərbçilərimiz var idi.
Marşal Piłsudski 1922-ci ildə Cahangir bəyi Varşavaya dəvət edərək, ona Polşa ordusunda diviziya komandiri vəzifəsini verir. Polşada Polkovnik rütbəsinə qədər yüksəlir.
II Dünya müharibəsində Polşa uğrunda döyüşür və yaralanaraq əsir düşür. Almaniyadakı Azərbaycan legionerləri tərəfindən əsirlikdən azad edilir.

1954-cü ildə Cahangir bəy Münhendə “Azadlıq” radiosunda fəaliyyətə başlayır və burada Azərbaycanlıları Sovet Rusiyası ilə mübarizəyə çağırır.
Cahangir bəy 1955-ci ildə Berlin şəhərində Sovet KGB agenti tərəfindən qətlə yetirilib. O, Berlində Şəhidlik Məscidinin məzarlığında dəfn olunub.

Bu gün də çox da bilinməyən, son nəfəsinə qədər Vətənimizin azadlığı uğrunda mübarizə aparmış,Azərbaycanın qəhraman övladı Cahangir bəy Kazımbəyli-nin qısa da olsa tərcümeyi-halını yazdıq.
Bizlər bu böyük qəhrəmana çox şey borcluyuq!
Allah Polkovnikin əziz ruhunu şad etsin!

P.S. Foto- Cahangir bəy, Polşa silahlı qüvvələrinin Polkovnik formasında.

İstinad: inst./vahidibayev

Comments are closed.