Sininin üzərinə həkk olunmuş günəş rəmzinin təsviri maraqlı tapıntıdır.
Bu simvol Mərkəzi və Qərbi Asiya xalqları arasında geniş yayılmışdır və həyatı, işığı simvolizə edir.
O həm də zaman çarxı deməkdir.


Gördüyünüz bu rəmz Azərbaycan tarixinə aid bir çox sənət əsərlərində, bayraqlarda, tikililərdə öz əksini tapmışdır.
Eyni zamanda, orta əsr sənətinin şah əsərləri kimi tanınan qoç-daşların üzərində də geniş istifadə olunmuşdu.

Mənbə: Bir qrup gürcü tarixçisi və sənətşünası tərəfindən tərtib edilmiş kitab-albom “Qarabağ xanlığı – tarixi və mədəni kimliyi”, 2022.
Nəşr, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın tarixi irsinin təbliği çərçivəsində həyata keçirilibdir.

Comments are closed.