Şah Abbasın ən sevdiyi oyun növü.

“I Şah Abbas, ümumiyyətlə hər gecə çövkən oynamağı bacaran bir qrupa çövkən oynamağı əmr edərdi və bu qrup xüsusi bir musiqi müşayiətində də meydana girərdi.
Şahın özü də çövkəni əlinə alaraq at çapardı və bu oyunu digərlərindən daha yaxşı oynayardı. Şəhərlərdəki böyük meydanlarda çövkən oynanılardı. Şah isə oyunları bu meydanın kənarında özü üçün xüsusi olaraq inşa edilmiş yerlərdən izləyərdi”.

“Şah I. Abbas 1608-ci ildə “Leyla” adlı bir madyanın üstündə çövkən oynamışdı. Oyun zamanı top atın ayaqlarının altına düşəndə, Şah Abbas topa vura bilmək üçün sürətli bir şəkildə atın başını çəkdi.
Bunun üzərinə, atın başı və beli sınmış və Şah Abbas atdan düşmüşdü. Ancaq oyunda mahir olduğu üçün bu hadisədən yara almadan qurtulmuşdu. Pyotr Della Vallenin müşahidələrinə görə, … Şah Abbas ata minəndə nağaralar çalınırdı. Əgər ondan əvvəl biri topu alarsa, bir həyəcan siqnalı şəklində səs çıxarardılar.
Don Qarsiya da çövkəni Şah Abbasın ən sevdiyi oyunlardan biri olaraq yazır. Don Qarsiya iki dəfə çövkən izləməyə dəvət edilmiş və ikinci dəvəti rədd etməyərək, oyunu diqqətlə izləmişdir…
Şah Abbas paytaxtı İsfahana köçürdüyü zaman çövkən oyununun oynanıldığı meydanın ətrafını bərpa etdirmişdi. Meydana baxan yeni bir yer tikdirmişdi ki, həmin yerin balkonundan oyunlara baxa bilirdi. Adam Oleari bu meydanı belə təsvir edirdi:

“Burada bəzən xanlar və böyük əmirlər çövkən oynayardılar. Əllərində “çövkən” adlandırılan taxta sopayla ata minirdilər və kiçik taxta topa vururdular. Meydanın digər bir tərəfində də bəzən cirit atmaq və at yarışı təşkil edilirdi.
Meydanın üstündə taxtadan bir otaq vardı.

Şah “şahnəşin” olaraq adlandırılan bu yerdə bu tərz müsabiqələr və müxtəlif oyunlar izləyərdi. Çünki buradan hər yeri görə bilirdi”.

Qaynaq: Eralp Erdoğan, “Türk Kültüründe Çevgân ve Safevi Devleti’ndeki İzleri”

Ramil Əkbərov

Comments are closed.