Pandemiya ilə “müharibə” dünyanı necə alt-üst edəcək?
Pandemiya ilə hazırkı “müharibənin” keçmişin klassik münaqişələrindən bütün fərqliliklərinə baxmayaraq, ciddi analitiklər artıq indidən deyirlər ki, bu hadisə müasir dünyanı alt-üst edəcək.
O mənada ki, koronovirus müharibəsi keçmişin münaqişələri kimi “müharibəyə qədərki” dövrün qlobal təzadlarının həlli üçün istifadə olunacaq.
Həm də o mənada ki, müharibənin nəticələrinə görə, dominant qlobal modellərin yenidən formatlanması, hətta tamamilə dəyişdirilməsi baş verəcək.
Əlamətdardır ki, hələ koronovirus pandemiyası ərəfəsində, bir sıra aparıcı mütəfəkkirlər liberalizm modelinin dominantlığı ilə səciyyələnən tarixin hazırkı mərhələsinin təzadlarının genişmiqyaslı analizi ilə çıxış etdilər.
Frensis Fukuyamanın «Kimlik” və Yuval Hararinin “21 dərs”ində liberalizmin bu iki müdafiəçisi daha əvvəllər liberal sistemin tam qələbəsi haqqındakı fikirlərini yenidən nəzərdən keçirdi və bu, gözlənilən qlobal dəyişikliklər barədə xəbər verən həyəcan təbilləri kimi səsləndi.
Bu və digər müəlliflərin əsərlərində üzə çıxan liberalizm dövrünün təzadlarını 4 əsas «rəqib model” qruplarında cəmləmək mümkündür:
Qloballaşma – Milli kimlik; Liberalizm – Etatizm(dövlətçilik); Elm – Etika; Elitar superzənginləşmə – Dərinləşən modernləşmə.
Məntiqi ehtimalla, pandemiyaya qarşı «üçüncü dünya müharibəsinin” yekunları bəşəriyyətin inkişafının gələcək vektorunun müəyyən edən məhz rəqabət aparan bu momdellərin hansının qalib gələcəyini müəyyən edəcək.
Elşad İskəndərov, “Azərbaycan – Milli Kimliyin tarixi məsələləri”.
Comments are closed.