Hacı İsgəndər Buzovna kəndinin sayılan, hörmətli adamlarından biri olmuşdu.

O, ehtiyacı olanlara əl tutan, haqqı tapdalamağa qoymayan, ermənilərin törətdikləri vəhşiliklərin qarşısını alan, Nuru Paşaya Azərbaycanda ordu toplamağa kömək edən, silahsız müsəlmanları silahlarla təmin edən, döyüşçülər üçün 800 nəfərlik sığınacaq tikdirən və digər xeyirxah işlər görmüş mərd insandır.

Hacının Buzovnada dəniz sahilində balıq vətəqəsi var idi.
1918-ci ildə erməni-müsəlman qırğını zamanı aclıq illərində, o kənd camaatına pulsuz olaraq müntəzəm balıq paylatmışdır. Həmin qırğın zamanı, Buzovna camaatını öz ətrafına toplayıb, kəndin ətrafında səngər qazdırıb, Buzovna kəndini ermənilərdən qorumaq üçün müdafiə mövgeyi tutmuşdu.
Qafqaz İslam ordusu o zaman köməyimizə gələndə Hacı İsgəndər öz dəstəsi ilə onlara qoşularaq, erməni yırtıcılarına qarşı vuruşmuşdur.

Türk qoşununun başçısı Ənvər paşa Hacı İsgəndərə Atatürkün göndərdiyi “Xalq Qəhrəmanı” ordeni ilə təltif edilmişdi.
Bolşeviklər hakimiyyətə gəldikdən sonra Hacı İsgəndər daim təqib altında olub. Onu ölümdən o dövrdə Azərbaycana rəhbərlik etmiş Ruhulla Axundov xilas etmişdi. 1937-ci il repressiyası zamanı Ruhulla Axundovla birlikdə Hacı İsgəndər də həbs edilib, həbsdə olduğu müddətdə ona erməni müstəntiqlər tərəfindən amansız işgəncələr verilib.

Ağır işgəncələrə dözməyən Hacı İsgəndər həbsxanada vəfat etsə də, onun meyitini ailəsinə verməyiblər. Hacı İsgəndər məzarı olmayan qəhrəmanlarımızdandır.

Qaynaq:
1. Kənan Hacı, “Hacı İsgəndər” romanı
2. Soltan Əlizadə, “Azərbaycan dərvişləri və rövzəxanları”

Comments are closed.