Aprelin 20-i 1979-cu ildə, İranın Sulduz şəhərində, xalqımızın tarixində ən qanlı hadisələrindən biri baş verdi.
Qırğın İran İslam İnqilabı dövrünə təsadüf edir. İranda şah hakimiyyətinin devrildiyi bir vaxtda ölkədə vəziyyətin gərginləşməsi kürd terrorçularının Sulduzda qətliam törədərək şəhəri azərbaycanlı əhalidən təmizləmək cəhdinə səbəb olub.
Kürd terrorçuları siyasi partiya adı altında İranda çevrilişdən istifadə edərək, hərbi bazaları qarət edib və ağır-yüngül silahlarla Sulduz (Nəqədə) şəhərində toplanmağa başlayırlar.
Onların məqsədi Azərbaycan torpaqlarının içinə daha çox nüfuz etmək və böyük Kürdüstanı yaratmaq olur. Şəhərdə yaşayan Azərbaycan türklərinin silahsız olaraq hücuma məruz qalması çox böyük itki ilə nəticələnir.
Qətliamda uşaq, qadın, qoca demədən hər kəs öldürülür, cənazələri vəhşicəsinə doğranılır.
Təxminən 10 gün davam edən qırğına Urmiya şəhərinin sonradan imam cüməsi olan Molla Həsəninin vasitəsilə hərbi qurumların Sulduza daxil olması son qoyur. Sonradan qətliamla bağlı acı xatirələrini bölüşən Molla Həsəni deyir:
“Bir evə getdim. Orada 11 şəxs bir yerdə öldürülmüşdü. Başqa bir yerdə 23 yaşlı gəlinin 6 aylıq körpəsinin başını sinəsi üstə iki şiş ilə sancaqlamışdılar”.
Qətliamda Sulduz şəhəri ilə birlikdə ətraf kəndlər də bu terror aktından ağır zərbə alaraq çox böyük itki verib.
Qətliam nəticəsində 2000-dən çox insan qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdı.
Comments are closed.