Şah İsmayılın bu fərmanı 23 iyun 1512-ci il tarixinə aiddir.
Bu fərmanı Azərbaycan və Azərbaycan dili tarixində müstəsna edən odur ki, Musa Turqut oğluna göndərilən bu fərman Azərbaycan dilində olan ilk sənəddir.
“Bismilləhir-rahmənir-rahim
Əbülmüzəffər İsmayıl Bahadur
Sözümüz
Əmiri-əzəmi-əkrəm Musa Durğut oğlı inayət və şəfqətimizə ümidvar oləndən sonra şöylə bilsün kim, iftixaür ül-əazim vələyan Əhməd Ağa Qəramanlu ol tərəfə göndərdük və ol hər nə ki ixtiyarliğini kendünə şəfqət etdük. Gərək kim müşarinileyh sözündən və məsləhətindən çıxməsün və mütabiət və yardım ona qılsun kim, inşaAllahi-Təala hər nə kim onun müradi və istəki olsə, hasildir.
Gündəngünə nə iş vaqe bulsa, Əhməd Ağa ittifaqi ilə dərgahi-müəllamizə bildürsünlər kim, hər növ buyuruğımız olsə, əməl etsün, gönlünü xoş tutub, mərhəmətimizə isdar olsun.”
P.S. Bu yazını paylaşmaqda məqsədimiz odur ki, hələdə bir çox insanlarımız düşünür ki, Şahlarımız öz doğma dilimizdə rəsmi sənədlər yazmırdılar.
Ümidvarıq ki, bundan sonra artıq bu məsələyə də aydınlıq gətirə bildik.
Comments are closed.