Dilimizin Dağıstanda millətlər arası ünsiyyət vasitəsi olması barədə oxumuşuq və bu haqqda paylaşımlarımız da olub, ancaq örnəklərini bir çoxumuz görməmişik.
Aşağıdakı məktub Dağıstanın Cüngütey bəyliyi hakimi Əhməd xanın qızılbaş boyunduruğundan çıxıb rus boyunduruğuna girmək üçün Qızılyardakı rus komendantı N.A. Buninə 1738-ci ildə yazdığı məktubun mətnidir:
İzzətlü, səadətlü, devlətlü, şəcaətlü, mərhəmətlü, şifqətlü əziz dostumız Qızlar-qalasını hakimi olan İmrator Əzimi Padişahımızı
vəkil ixtiyarı və əmin itimadı olan şəcaətlü bayar huzürlərinə dərün dildən və candan salamlar
və dualar qılındıqdan soňra, bundan əqdəm Solaq-qalası məmur ikən, yenaral əzim qavaleri-ənşeft
Levaşev həzrətləri ilən müvafəqə və müsadəqə və müqaləmə edüb, imrator əzim uluğ padişahımıza
doğrılıq ilən xidmət etmək muradımız ilən, əmanət vermiş edik – Zavzan qarındaşımızı. Nagəhan
imrator əzim padişahıməna ukazı ilən, Solaq-qalası xarab edüb, Qızlar-qalasın bina edüb, intiqal
olunub, bir tərəfdən qızılbaş zühur edüb, aramıza əhvallar ixtilat olunub, bu anə varınca muradımız
arzu etmək taəxir olundı. Şimdi, əgər bizim padişaha qul olmaq və xidmət etməklərımızı məqul
və məqbul görüb, və amanatımızı daxı məqul görsəgiz, imrator əzim padişahımıza arzumız irsal
və iblaq edüb, bizə padişah şifqəti və əlafəsi olur isə, bizə məlum edəsiz. Necə ki
əyyam qədimdə büyük babalarımız xidmət zühurə gətürmişlər, biz daxı onlardan ziyada xidmət
edəriz. Əvvəldən və axıra, bu anə varınca, bir vəchilə padişaha xainlıq və xaramlıq bizdən zühur etməyüb,
bundan soňra daxı zühur olmaz; doğrı itiqadımız, bilüb, bizə bir səhih cavab yazub, işbu hamil
varaqımız olan Sosuruqa-ağaydına təslim irsal buyurasız. Baqi siz bilürsiz.
Əl-muxlis:
Əhmədxan-bəy vali vilayət Cüngütey və Öxli və
Qüləçmə və sair qura.
İstinad: Elvin Məmmədli/Tarix klubu
Comments are closed.