“XVI-XVII əsrlərdə Azərbaycan dili Dağıstanın cənubunda nəzərə çarpacaq dərəcədə yayılmışdı.
Bir sıra xalqlar – buduqlar, qrızlar, xınaluqlar, udinlər, saxurlar, rutullar, tabasaranlar, ləzgilər, eləcə də avarların bir hissəsi və s. üçün millətlərarası ünsiyyət dili oldu.

Üstəlik, bu dil Cənubi Dağıstan xalqları üçün mədəniyyət və təhsil dilinə çevrilmişdi.
Samur vadisində, hələ əsrimizin 60-cı illərində burada yaşamış rutulların, saxurların, ləzgilərin bir-biri ilə ünsiyyətdə olduğu Azərbaycan dilinin özünəməxsus ləhcəsi əsrlər boyu bu xalqların qədim təmasları nəticəsində formalaşmışdır.

Qaynaq: N.S.Cidalayev, “Dağıstan dillərində türkizmlər: tarixi və etimoloji təhlil təcrübəsi”

İstinad: Türkün Səsi 1/7

Comments are closed.