Qacar düyününün tam açılması vaxtıdır.
İlya Berezinin “Путешествие по северной Персии (1852)“ kitabında yazdıqlarını diqqətlə oxuyun:
“Azərbaycanda türk dilinin xüsusi ləhcəsi üstünlük təşkil edir, hansı ki bölgənin adı ilə adlanır: bu dialekt bizdə Zaqafqaziyada, eləcə də Tehran Sarayında çox yayılmışdır.
Hökmdarlıq edən Sülalə üçün bu təbii bir dildir. Bu ləhcənin özünəməxsus kiçik ədəbiyyatı var, əsasən Gilandakı keçmiş Rusiyanın konsulu cənab Xodzko tərəfindən ingilis dilinə tərcümə edilmiş azərbaycanlı atlı-müğənni Koroğlunun mahnıları.
Azərbaycan vilayətinin sakinləri üçün fars dili əksər hallarda “mədrəsə” məktəblərində oxunan kitab dilidir: aşağı təbəqə yalnız azərbaycan dili ilə kifayətlənir.
P.S. Artıq köhnə və zehnimizdə oturuşmuş yanlış stereotiplərdən çıxmaq lazımdı. Qacar dövləti elə Azərbaycan dövlətidi və hər nəsnə bunu göstərir.
Bundan əvvəl də Azərbaycan sülaləsi olan Qacarların nə qədər bizdən ayrı olmasını göstərmək istəsələrdə, bunun əksi ilə bağlı kifayət qədər yazı və sənədlər var.
Bəllidir ki bu məqsədyönlü bir siyasət idi. Biz faktları kənara atıb bizə yeridilmiş və bizi cılızlaşdırmaq istəyənləri dinləməməliyik. Çünki bundan əvvəl, həmçinin bizim də sizə təqdim etdiyimiz yazılar geniş kütləyə məlum deyildi, indi isə müstəqillik dövründə bu mümkündü.
Onagörə təəccüblənməli deyilki bizim əvvəl düşündüklərimiz yanlış idi.
Comments are closed.