Fransız arxeoloqu və siyasətçisi Viktor Berard, 20-ci əsrin birinci yarısında inqilabların və Qacar dövlətinin süqutunun şahidi oldu. 1910-cu ildə buraxdığı «Révolutions de la Perse; les provinces, les peuples et le gouvernement du roi des rois» kitabında ölkədəki daxili siyasi vəziyyəti də izah etdi. Misal üçün o Azərbaycanın və bütün dövlətin hakimiyyəti haqqında yazır:
«Əyalətin nazirləri və valiləri, azərbaycan türkləri və digər monqollaşmışlar bir vaxtlar Astrabad torpağına köçmüş, özü də Azərbaycan türkü olan imperiyada türk-Qacarın əsas tərəfdarları idi. Onların vasitəsi ilə azərbaycan türk dili imperiyanın ikinci dövlət dili oldu:
fars dili – bürokratik və işgüzar,
türk dili – bütün ordu və yüksək vəzifəli şəxslər tərəfindən danışılan və ya başa düşülən əmr dili, sarayın və şahın hərəminin dili».
İstinad: inst./irs_azerbaijan
Qacar İmperiyasında azərbaycan dilinin rolu
In
Tarix
Comments are closed.