Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır.

Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir.
Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bu kitabədə 200 dəfədən artıq Allah sözü həkk olunub. Uzun illər baxımsız qalan Bərdə türbəsinin bərpasına 1960-cı illərdə başlanılıb. Səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton kostruksiya isə çatların əmələ gəlməsinə səbəb olub.

Türbənin bərpasına 2012-ci ildə başlanılıb və 2018-ci ildə yenidənqurma işləri tam başa çatdırılıb. Quranın Ayətul-kursi surəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub.

Comments are closed.