Alman səyyahı A.Mandelslonun Qucaratın (Hindistan) azərbaycanlı hakimi ilə görüşü:
“1638-ci ildə alman səyyahı Albert de Mandelslo da Suratı ziyarət edir, oradan isə Qucarat vilayətinin paytaxtı Əhmədabada yollanır və orada bu vilayətin Azərbaycanın Şirvan bölgəsindən olan hakimi ilə görüşür. Hakim, şübhəsiz, türk dilini bilirdi və onunla uzun çəkən söhbəti baş tutdu. Mandelslonun rəvayətinə görə, bu ilk görüşdə onu müşayiət edən britaniyalı centilmen, tərcüməçi qismində çıxış etdi.
Söhbət zamanı Mandelslonun bir qədər türkcə bildiyi üzə çıxdı və onlar vidalaşanda hakim onlarla bu dildə “Seni daha görim” (Yenidən görüşərik) sözləri ilə sağollaşdı. Onların növbəti görüşü iki gün sonra baş tutdu. Mətnə görə, bu dəfə Mandelsloya tərcüməçi kömək etmirdi və söhbət türk dilində gedirdi”.
P.S. Fikir verin, Hindistanda hakim olan Azərbaycanlı öz doğma dilində danışır, ancaq öz coğrafiyamızda mövcud olan dövlətlərimizin hökmdarlarını ittiham edirlər ki yoxe bunlar fars dilini sevirdilər. Bu absurddur. Gözümüzü, zehnimizi açaq artıq. Bu məlumatlar bizim köhnəlmiş stereotiplərimizi dəyişməlidi.
Mənbə: Benedek Péri, “Turkish Language and Literature in Medieval and Early Modern India” // “Turks in the Indian Subcontinent, Central and West Asia: Edited by Ismail K.Poonawala, səh.241-242.
Ramil Əkbərov
Comments are closed.