Topçu Barxudarı Səfəvilərə bağlayan nədir?
Barxudarlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.
Kənd 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992 ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Toponimikası
“Barxudar” şəxs adından və “-lı” şəkilçisindən əmələ gəlmiş toponim hesab olunur. Barxudar (Bərxudar) Bəy Ənis XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur top tökmə ustası olmuşdur. Səfəvilər dövlətində ona “Topçubaşı” ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və başqa şəhərlərin mühafizəsində istifadə edilən iri qaladağıdan toplar Barxudarın başçılığı ilə hazırlanmışdı. Oykonim həmin hadisələrin nəticəsi kimi də meydana çıxa bilər. Bəzi tədqiqatçıların fikrincə, kəndi “barxudarlı” nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır.
Maraqlı fakt budur ki, Araz Şəhrilinin araşdırmasına görə, Hindistanda Barxurdar adlı bir neçə yaşayış məskəni mövcuddur.
Comments are closed.