Şah Abbasın dövründə Səfəvilərin Avropadakı səfiri olan Oruc bəy Bayat yazırdı:
«Daha qərbdə, başı məşhur Təbriz şəhəri olan Azərbaycan krallığı yerləşir. Otuzdan çox şəhərin olduğu, başı Təbriz olan səltənətdir. Meyvə ilə bol olan və İspaniyada görüldüyü kimi qoyun sürüləri olan xoş bir diyardır.
Buranın əhalisi olduqca döyüşkəndir,müharibəyə meyllidir, zadəganlar olduqca çoxdur.»
Kitabın ingiliscə olan nəşrində isə birbaşa Azərbaycan xalqı ifadəsi yazılıb:
«Azərbaycan xalqı olduqca döyüşçü ruhlu bir xalqdır və müharibəyə meyllidir,zadəganlar olduqca çoxdur».
Mənbə: Don Juan Of Persia A Shi Ah Catholic 1560 1604, by Harper & Brothers, səh.43 / instagram.com/azerbaycantariix
«Azərbaycan xalqı olduqca döyüşçü ruhlu xalqdır» – Oruc bəy Bayat
In
Tarix
Comments are closed.