Çox maraqlı və düşündürücü mövzudu. Oxumağa dəyər!
Monqol və daha sonra meydana gələn Teymurlu istilaları Azərbaycan-Anadolu-Suriya bölgəsində ağır təzyiq altıında qalan oğuzlarda dərin siyasi-psixoloji böhrana səbəb oldu.
Sosioloji ədalətsizliklər, ağır iqtisadi çətinliklər, mənəvi-psixoloji böhran, yerli hakimlərin passiv idarəçiliyi oğuz türkləri arasında üsyankar xarakterli dini cərəyanların yayılmasına, mehdilik (ilahi xilaskar), senkretik (birləşdirici) və mistik (rəsmi məzhəblər xarici) fikirlər əks etdirən təriqətlərin güclənməsinə şərait yaratdı.
Geniş xalq kütlələri, mənfəətləri uğrunda mübarizə aparan yerli hakimlərin deyil, istilaçıların təsirini azaltmağa çalışan şeyxlərin və dərgahların ətrafında toplanmağa başladılar. Bu missiyanı üzərinə götürən dərgahlardan
biri də səfəviyyə təriqəti idi. Şeyx Səfiyyəddin tərəfindən qurulan Ərdəbildəki səfəvi təriqəti monqol və teymurilərə qarşı yerli xalqın müdafiəsinə çalışaraq onlar üzərində dərin maddi-mənəvitəsir yaratdı.
Şeyxlik dərəcəsini Zahid Gilanidən alan Səfiyəddin (1252-1334) böyük təsəvvüf əhli olub, şöhrəti Suriyadan Hindistana qədər geniş əraziyə yayılmışdı.
Oğlu Şeyx Sədriddin (1334-1393) uzun müddətli şeyxlik dövründə təriqətə olan ümumi rəğbət və ehtiram daha da artmış, xüsusilə, dövlət başçılarına və ordu əmirlərinə təsir edə bilmişdi.
Səfəviyyəni digər təriqətlərdən ayıran başlıca fərq, sufi təşkilatlanması olmanın xaricində qəza adı altında geniş hərbi-dini missiya icra etməsi, mənəvi saflıq axtarışında olan müridlərlə yanaşı, xüsusilə alplıq ənənəsinə bağlı döyüşçüləridə özünə bağlaması idi.
Bunun nəticəsində səfəvi təriqəti ilk şeyxindən etibarən, hərbi-dini ordenə çevrildi. Mənbələrin qeydinə görə, “Azərbaycandan Ərdəbil şeyxi Səfiyəddin Ərdəbili öz mürüdləri ilə birlikdə Dəşti-Qıpçaq və Krıma gedib irşad aparırdılar”.
Mənbə: “Azərbaycan Milli kimliyin tarixi məsələləri” (Məqalələr toplusu)
Bölgəmizdə təriqətlərin yaranma səbəbi – Səfəviyyə təriqətini fərqləndirən cəhət
In
Məqalələr
Comments are closed.