Tarixi torpaqlarımız haqqında dərindən öyrənək!
Qədim Azərbaycan torpagı olan müasir Ermənistan Respublikasının ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı.
Çuxursəd vilayətinin adı Qaraqoyunlu tayfa birliyinə daxil olan Azərbaycan-türk tayfalarından biri olan Sədli və ya Sədlilərin adı ilə bağlıdır. Sədli etnonimi XIV əsrdə yaşamış Qaraqoyunlu tayfa başçısı Əmir Səədin adından götürülmüşdür. 1410-cu ildə dünyasını dəyişmiş Sədli hakimi Əmir Səəd (XIV əsrin sonları – 1410) İrəvan yaxınlığında dəfn olunmuşdur.
Əmir Səədin hakimiyyəti altında birləşmiş Azərbaycan-türk tayfaları XIV əsrin sonlarından başlayaraq Sədli adlandı. Elə bu dövrdən də Şimal-Qərbi Azərbaycanın Arazyanı Sürməli vadisindəki ərazisi (indiki Ermənistan Respublikasının Yerashadzor kəndi və onun ətrafı) Çuxursəd bölgəsi adlanmağa və yarımasılı hakimlik şəklində
idarə olunmağa başladı. Çuxursədin Azərbaycan torpağı olduğunu erməni mənbələri də təsdiq edir. Erməni mənbələri buranı “Sahata pos” – “Səhəd çuxuru”, yaxud da “Yerkrin Sahat” – “Səhədin ölkəsi” adlandırırlar.
XVI əsrin əvvəlində mərkəzi Təbriz şəhəri olan mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti yarandı. Azərbaycanın başqa bölgələri kimi Çuxursəd vilayəti də Səfəvi dövlətinin tərkibinə daxil oldu.
XVI əsrin 30-cu illərində Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən 13 vilayətə – bəylərbəyiliyə bölündü. Bunlardan biri də mərkəzi İrəvan şəhəri (Rəvan qalası) olan Çuxursəd bəylərbəyiliyi idi.
Mənbə: Güntəkin Nəcəfli, “Çuxursəd hakimləri və İrəvan xanları”.
İrəvan mahalı ərazisi əvvəllər necə adlanırdı? Çuxursəd haqqında nə bilirik?
In
Tarix
Comments are closed.