“Ey gələcək nəsil, ey gənclik!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:
— Bir kərə yüksələn bayraq bir daha enməz!
Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: «irəli, irəli Azərbaycan əsgəri» — deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək.
— Ya qazi və ya şəhid olacaqsan.”
Bu uzaqgörən ümid dolu sözlərini M.Ə.Rəsulzadə Lahıcda, 1920-ci ilin iyulunda, Azərbaycan artıq bolşeviklər tərəfindən işqal olunan zaman demişdi.
P.S.: Həqiqətən bizim dövlətçiliyimiz və müstəqilliyimiz böyük ideallarla doğmuşdu. Respublika yaradıcıları xalqın azadlıq eşqinə inam bəsliyir və bilirdiki, nə olursa olsun Azərbaycanın şanlı bayrağı bir daha dalğalanacaq.
Azərbaycanımızın varlığı, müstəqilliyi böyük nemətdir, hansıki xalqın özünüdərki, dirənişi və şəhid verdiyi oğul və qızları ilə meydana gəldi. Və bu nemət heç də hər xalqa qismət olmur.
Onagörə hamımız bir yumuruq olub Azərbaycanlı kimliyi ilə, Azərbaycan vətəndaşı olaraq hamımız bu Yurdun çiçəklənməsi və qorunmasına çalışmalıyıq.
Yaşasın müstəqil, azad Azərbaycan!!!
M.Ə.Rəsulzadənin gələcəyə səslənişi – “Ey gələcək nəsil, ey gənclik!”
In
Tarix
Comments are closed.