Mütləq oxuyun!
Elmdə təşəkkül tapmış tərifə əsasən, milli kimlik fərdin kimliyin ən vacib səciyyəvi xüsusiyyətlərindən birini təşkil edir. Bu səciyyə hər bir fərddə özünü, ondan daha böyük və ardıcıl tarixi inkişaf keçmiş toplumla, eyniləşdirmək hissini yaradır.
Həmin toplumun tarixi nailiyyətlərinin vizuallaşması nə qədər güclü olsa, insanın öz millətinə mənsubluğuna görə qürur hissi bir o qədər yüksək olar. Məhz bu eyniləşdirmə nəticəsində insanda, onun şəxsi taleyi ilə milli taleyi arasında qurduğu eynilik hissi nə qədər dərindirsə, o insanın milli maraqlara sadiqlik dərəcəsi (YƏNİ VƏTƏNPƏRVƏRLİK hissi) də bir o qədər yüksəkdir.
Şah İsmayılın imperiya dövlətçiliyinin varisləri olduğumuzu söyləyərək, biz əsl ləyaqətimizi dərk edirik. Bu kimlik səviyyəsi hər zaman eyni sabitlik nümayiş etdirmir. Məsələn, hər bir azərbaycanlı tarixən “azərbaycançılıq” anlayışını təşkil edən arxetiplərdən fərəh hissi keçirtdiyi an onun milli kimliyi aktivləşir. Lakin bu hallarda özünüdərkin milli kimlik komponenti fərdi “mən”i kollektiv “biz”ə çevirən böyük transformasiya gücünə malikdir:
- Biz dünyaya insan ruhunun Nizami, Nəsimi və Füzuli kimi dahilərini bəxş etməyimizlə haqlı olaraq FƏXR edirik.
- Biz Şah İsmayılın imperiya dövlətçiliyinin və müsəlman Şərqində ilk Respublika – ADR-in varisləri olduğumuzu
söyləyərək, əsl LƏYAQƏTİMİZİ dərk edirik. - Biz Orta Şərqdin ən zəngin muğam avazları və İslam dünyasında ilk operasının mədəniyyətimizə məxsusluğundan ÖZƏLLİYİMİZİ hiss edirik.
- Biz, 200 il asılılqdan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin qlobal iqtisadi, infrastruktur və mədəni layihələr həyata keçirməsindən ÖZ-DƏYƏRİMİZİ daha yüksər anlayırıq.
Mənbə: “Azərbaycan Milli kimliyin tarixi məsələləri” (Məqalələr toplusu)
Comments are closed.