1864 -cü ildə Təbrizdəki İngilis konsulu Keyt Abbot Kral Coğrafiya Cəmiyyətinə göndərdiyi memorandumda yazır:

“Farslara Azərbaycan olaraq tanınan ölkə onlarla [İran] Rusiya arasında bölünmüşdür. İkincisi, [Azərbaycanın] təxminən 80.000 kvadrat mil və ya Böyük Britaniyanın sahəsinə bərabər olan 5/8 sahibidir..[Azərbaycanın] Rusiya hissəsi şimaldan və şimal – şərqdən Qafqaz dağları ilə həmsərhəddir, Xəzər dənizində Bakı ətrafına qədər uzanır. Qərbdə, indi Rusiyaya aid olan Imereti, Minqreliya, Quria və Axıska əyalətləri daxildir; şərqdə – Xəzər dənizi, cənubda isə sərhəd Arass (Araz) çayı ilə qeyd olunur … Muğan çölündən Talış rayonuna və bu bölgədən axan kiçik Astura (Astara) çayına qədərdir. Bu əraziyə aşağıdakı ərazilər daxildir: Kaxeti, Kartli, Somexeti, Qazaxdan ibarət Qruziya və ya Gürcüstan; müsəlman vilayətləri – Erivan, Naxçıvan, Qarabağ, Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Quba, Səlyan və Talışın bir hissəsi.”

Mənbə: Keith E. Abbott, Extracts from a Memorandum on the Country of Azerbaijan, Proceedings of the Royal Geographical Society of London, Vol. 8, No. 6. (1863–1864) / @irevansky_dnevnik.

Eyni sözlər, 19 -cu əsrin əvvəllərində, Londonda çap olunmuş “The Universal Gazetteer” – da da qeyd olunur: “Aderbeycan və ya Azərbeycan, Persiyanın (Qacar dövləti) Xəzər dənizinin qərb sahilində yerləşən zəngin bir əyalətidir. Şimalda Aderbeycan Gürcüstanla həmsərhəddir.”
Bu bir daha onu göstərir ki, Azərbaycan böyük bir ölkə idi, Araz çayının hər iki sahilinə aid idi və indiki Ermənistan əraziləri Azərbaycanın torpaqları hesab olunurdu

Comments are closed.