Venesiyalı səyyah M.Membre SƏFƏVİLƏRDƏ MƏHƏRRƏMLİYİN necə keçirildiyi ilə bağlı yazır:
“May ayında onlar Yəzid adlandırdıqları birisilə döyüşdə başı kəsilmiş Əlinin (ə) oğlu İmam Hüseynin (ə) qətlini yad edirlər. Bu şəhidliyə görə onlar 10 gün matəm saxlayır və bunun üçün onların hamısı qara geyinir: qara çalma qoyur və qara geyim geyirlər. Bu 10 gün ərzində Şah saraydan bayıra çıxmır. Axşamdan gecə 1-dək kəfənə bürünmüş dəstələr şəhəri və məscidləri dolaşır. Onlar bunu Aşura adlandırırlar. Bu, mayın 1-dən 10-a qədər davam edir… Aşura belə keçirilir. Axşamlar bütün qadınlar məscidə gedir, moizəçi Əlinin (ə) oğlundan moizə söylədikcə, xanımlar acı-acı ağlayırlar”.
Mənbə: Oqtay Əfəndiyev, “Venesiyalılar Şah I Təhmasibin Sarayında (Mikele Membre və Vinçenso Alessandri)” / Qızılbaş səhifəsi
Səfəvilər Məhərrəmliyi necə keçirirdilər?
In
Tarix
Comments are closed.