«Qəzvindən başlayaraq İran əhalisi tədricən yox olur və öz yerini türklərə verir. Bu, Elbrusun ətəyindən sonra Azərbaycana və Qafqazın güneyinə basqın edən, farslarla, ermənilərlə və Səlcuqluların gəlişindən sonra burada qalan türklərlə rastlaşan monqol işğalçılarının böyük yolu idi. Əbhər-Roud vadisində tatlar monqollar tərəfindən nüfuz edilib və türkləşdirilmişdi: yalnız bəzi kəndlərdə fars dili qorunub saxlanıldı.
Coğrafi adlandırma türk və fars sözlərinin qarışığına çevrilir. Təbriz, İrəvan, Tiflis və Bakıda danışılan Azərbaycan-türk ləhcəsi bölgəsinə daxil oluruq».

Qaynaq: Eugene Aubin, «La Perse d’aujourd’hui», səh. 6-7

@azerbaycan_turki

Comments are closed.