Qızılbaş hökmdarı ilə yazışmalarda (Hindistanı) Bicapur hökmdarı 1613-cü ildə bu cür yazirdi:
“Bu məktub sədaqətli qulunuz olan İbrahimdən, əzəmətli imperator I Şah Abbasadir. Atalarım həmişə Əlahəzrət əcdadlarının sevgisinə və dostluğuna böyük ümidlər bəsləyir və onlara güvənirdilər. Mən isə öz növbəmdə bu əlaqələri canlandırmaq və gücləndirməkdən daha yaxşi heç nə edə bilmərəm. Dekkan torpaqları İraq, Fars, Xorasan və Azərbaycan əyalətləri kimi Səfəvi imperiyasının bir hissəsidir. Buna görə Səfəvi hökmdarlarının adları [Cümə] xütbələrdə oxunur və gələcəkdə də oxunmağa davam edəcəkdir. Atalarımız bu torpaqları idarə etmək və Əlahəzrət əcdadları tərəfindən qorumaq üçün təyin edilmişdir.
Beləliklə, bizim vəzifəmiz Əlahəzrət adından bu ölkələri idarə etmək və onları xarici təcavüzdən qorumaqdır.”
Bu məktubların əsas məqsədi, Moğol hakiminin etinasız olaraq adlandırdığı, “Aqra və Dehli hökmdarı” barədə şikayəti idi. Bu maraqli faktla əlaqədar olaraq bir şeyi demək olar. Dekkan sultanlıqları müsəlman olan güclü Moğollarla həmsərhəd olsalar da, özlərini mədəniyyət və dildə yaxın olan Səfəvilərlə eyniləşdirirdilər.
Yalnız dini və etnik yaxınlığın və bağlılığın mövcudluğu, bu sultanlıqların Səfəvilərlə yaxınlaşma istəyini və özlərini bu imperiyanın bir hissəsi hesab etmə dərəcəsində əsaslandırıla bilər.
1947-ci ildə Mərkəzi Hindistanın şiə intellektual elitasının bir çox üzvü Pakistana köç etdi.
(M. Alam, S. Subrahamanyam, » Writing the Mughal World: Studies on Culture and Politics»)
Comments are closed.