Erməni səyyah «Путевые заметки» kitabında ermənilərin müsəlmanların etibarını necə qazana bildiklərini təsvir edir.
“Müqəddəs patriarxımız Saak, Mehmetin yanına getdi və bizi ona əmanət etdi, beləliklə erməniləri qədim düşmənimiz olan xain yunan qəbiləsindən azad etdi” – deyir Lehatsi.
Burada tarixə kiçik bir baxış etməyi vacib hesab edirik.
Erməni səyyah, Ərəb istilalarının əvvəlində dərhal yeni ağaların tərəfinə keçən Katolikos III Dzoroporetsi (677-703) haqqında danışır, çünki Bizans Erməni Kilsəsinin mövcudluğuna son qoymaq niyyətində idi. 702-ci ildə onun varisi Elia, Alban patriarxının Bizans hakimiyyəti ilə əlaqələri barədə ərəblərə məlumat çatdırdı. Və sonra xəlifə Alban kilsəsinin Erməni kilsəsinə tabe olması barədə fərman imzaladı.
Simeon Lehatsinin gündəliyinə qayıdaq. O, Yunanların erməniləri şəhər daxilində yerləşməsini qadağan etdiyini söyləyərkən tamamilə haqlıdır.
“Tarixçilərimizdən də oxudum ki, bütün Yunan hökmranlığı dövründə heç bir erməni İstanbula girəmmədi və nəinki orada yerləşəmmirdi, hətta tacirlərə də şəhərə giriş icazə verilmirdi. Ancaq Türklər İstanbulu aldıqda, bir çox bölgədən ermənilər gətirilmişdi. Eyni şəkildə, türklər böyük və möhtəşəm kilsələri yunanlardan alıb ermənilərə təhvil verdilər ” – Lexatsi deyir.
Buna görə də, bu dövrdə ermənilərin yunanlar tərəfindən sevilməməsi təəccüblü deyil.
Comments are closed.