Xorasan türklərinin ən azından əhəmiyyətli hissəsinin Səfəvilər tərəfindən bölgəyə köçürülən Azərbaycan türkləri olduğuna dair daha bir sübut:

“Radkandan çıxaraq üzümü 22 mil məsafədə yerləşən Davudlu qəsəbəsinə tutdum…Buranın əhalisi türklərdən ibarətdir və onların sözlərinə görə onları Azərbaycandan köçürüb buraya yerləşdiriblər. Mən həyatımda insan irqinin bu dərəcədə gözəl nümunələrini hələ görməmişdim.
Bu bölgə 13-cü əsrdə Çingiz Xan tərəfindən demək olar ki tamamilə əhalidən məhrum edilmişdi, və uzun müddət əhalisinin sayı olduqca az idi, lakin 15-ci və 16-əsrlərdə Səfəvi sülaləsindən Şah İsmayıl və Şah Abbas Kəbir tərəfindən bölgənin əsl bəlası olan türkmənlərə qarşı bir sədd kimi İranın batı bölgələrindən kürdlər və türklər köçürülərək buraya yerləşdirildi…”

С.Е. Stewart, “The Country of the Tekke Turkomans, and the Tejend and Murghab Rivers” (1881), səh. 526-527

Mənbə: Mənbə: Türkün səsi 1/7

Comments are closed.