Haputlular və ya Hapıtlar — Azərbaycanda Şahdağ milli etnik qrupunun nümayəndələri.Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid bir xalqdır.
Əsasən Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Zərdab rayonunun Siləyli kəndində, Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır. Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar.

Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də “hər” adlandırırlar. Dindarları müsəlmandır. XIX əsrin 80-ci illərinə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir. Hal-hazırda ümumi sayları 5000-dən çoxdur.

Comments are closed.