Tarix boyu ermənilərin türk-müsəlman əhaliyə qarşı nifrətini və terror aktlarını görmüşük. Bunlardan ən önəmlisi Qarabağın işğalı və Xocalı qətliamıdır. Ermənilərin türk-müsəlmanlara qarşı olan nifrəti 1915-ci ildəki “Erməni soyqırımına” görə yaranmamışdır. Əgər elə idisə bəs niyə 1905-1906 cı illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi soyqırım hərəkatı keçirdilər?! 1885-ci ildə yaranan ilk erməni terror təşkilatı “Armenakan” niyə Osmanlı ərazisində silahlı terror aktı törədirdi?! Göründüyü kimi ermənilərin türklərə qarşı olan nirəti “erməni soyqırımından” əvvələ dayanır.1887-ci ildə yarnmış Hınçaq terror təşkilatı,habelə  digər terror təşkilatlarının məqsədi, dənizdən-dənizə “Böyük Ermənistan” çarlığı qurmaqdır. ”Erməni soyqırımı” isə onların məqsədlərinə çatmağı üçün uydurduğu bəhanədir.

Erməni tarixçisi saxtakar Moisey Xorenyanın (410-490) uydurduğu, bilgilərə istinadən tarixdə “Böyük Ermənistan” krallığı olubmuş. Hal-hazırda ermənilər M.Xorenlinin uydurmalarına istinad edərək “Böyük Ermənistan” yaratmaq istəyirlər. Halbuki,tarixə baxdıqda “Böyük Ermənistan” adlı krallıq olmayıb.Çünki,saxtakar erməni tarixçilərinin iddiasına əsasən,həmin o,”dənizdən-dənizə” olan krallıq,e.ə 331-b.e 428-ci illərində yaxın şərq və Qafqazda mövcud olmuşdur.Halbuki,e.ə 330-cu ilə qədər yaxın şərqdə Əhəmənilər dövləti mövcud olmuşdur. Ondan sonra isə Makedoniyalı İsgəndər yəni Aleksandr,e.ə 330 –cu ildə Əhəməni dövlətini işğal etdi. E.ə 323-cü ilə qədər Asiyaya İsgəndər ağalıq etmişdir.

İsgəndər öləndən sonra Atropatena(Azərbaycan) dövləti yarandı. E.ə 312-e.ə 60-cı illərdə yaxın şərqə Seleviklər dövləti hökm sürürdü,halbuki, ermənilər iddia edirlər ki, Böyük Tiqran e.ə 69-cu ildə Ermənistanı ən böyük sərhədlərinə çatdırdı.Bundan əlavə indiki Azərbaycan ərazisində Albaniya(e.ə IV əsr,b.e 705) dövlətimiz yaranmışdır. Daha sonra isə b.e 226-cı ilindən b.e 651-ci ilinə qədər Sasanilər dövləti Asiyanı idarə etmişdir.İndi ermənilər haçan dövlət qurdular ki?! Bundan əlavə iddiaya əsasən “Böyük Ermənistan”krallığını Arşakilər və ya Artaşestlər sülaləsi idarə edibmiş. Halbuki,bu absurd iddiadır,çünki Arşakilər türk,Artaşestlər də fars mənşəli sülalələrdir. Eyni anda bir dövləti iki sülaləmi idarə edirdi?! Əgər elə birşey mümkündürsə,onda Böyük Ermənistan yox böyük Türküstan və ya Böyük Persiya deyin. Çünki nə Arşakilər(türk), nə də Artaşestlər(fars) erməni deyildi. Göründüyü kimi ermənilər, Mousey Xorenyanın fırıldaqları ilə özlərinə tarix qurmağa çalışırlar. Qərb tarixçilərindən olan Avqust Karier demişdir ki, “Qədim erməni tarixçilərinin məlumatlarına inanmaq savadsızlıqdır. Bu məlumatların əksəriyyəti uydurmadır”. Mənşəyi məchul olan bir xalqın tarixdə necə bir dövləti ola bilər ki?! Ermənilərin kimlərdən gəldiklərinə dair müxtəlif rəvayətlər vardır.Onların xislətində belə bir şey vardır ki,bir qarış torpaqda qısa müddət yaşayandan sonra bu torpaqlar əzəli erməni torpağıdır deyib həmin torpağa ərazi iddiası qaldırırlar. 1828-1829-cu illərdə Türkmənçay və Ədirnə müqavilələrinə görə ermənilər Osmanlı və Qacarlardan kütləvi surətdə Rusiya imperiyası tərəfindən zaqafqaziyaya köçürülmüşdür.

Çarizm ermənilər vasitəsi ilə özünə etnik dayaq yaratmaq ideyasında idi.Rusiya imperiyasının Qacarlar üzrə fövqəladə və səlahiyyətli səfiri Aleksandr Sergeyviç Qirboyedov imperator Nikolay Pavloviç Romanova yazmışdır “Əlahəzrətləri,ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Onlar elə bir xalqdırlar ki,bir neçə il yaşayandan sonra bütün dünyaya bu torpaqlar bizə ata-babamızdan qalıb deyə hayqıracaqlar”. İmperator Nikolay ermənilərin bu xislətindən istifadə edərək onları İrəvan ətrafına yerləşdirmişdir. O vaxtdan bu günə qədər ermənilər əzəli Azərbaycan torpağı İrəvana hökm edirlər və hələ də onlar ərazi iddiaları irəli sürürlər.Ermənilər indiki Türkiyənin şərq ərazilərinə(xüsusəndə Qars və Ərdəhan) iddia qaldırmaq üçün  “Erməni soyqırımından” istifadə edirlər. Özlərindən qondardıqları iddialara əsasən,1915-ci ildə Osmanlı hökuməti 1.5 milyon ermənini öldürmüşdür.Halbuki, o zamanlarda A.Arakelyanın etno-demoqrafiya statistikasına görə Osmanlı ərazisində 1.5 milyon erməni yaşamırdı.Siyahıyaalma nəticəsində qriqoriyan erməniləri-995.479 nəfər, katolik ermənilər-89.746 nəfər, protestant ermənilər isə-95.841 nəfər olmuşdur. Cəm olaraq isə 1.181.066 milyon erməni yaşayırdı. Rus politoloq Maksim Leonardoviç Şevçenkonun dediki kimi “Osmanlıda yaşayan ermənilərin,öldürüldüyü iddia edilən erməni sayından az olduğunu nəzərə alsaq, səsələndirilən rəqəmlərin qətiyyən həqiqətə uyğun  olmadığını görə bilərik”.

Bundan əlavə erməni Hnçak və daşnaklar I Dünya Müharibəsində Osmanlıda ixtişaşlar edir,əhalini öldürürdülər.
Bunun da səbəbi o idi ki, o zamankı ABŞ Prezidenti V.Vilson bəyanat yaymışdı ki, ”Osmanlı ərazisində çoxluq təşkil edən xalq dövlət qura bilər”.Ermənilər də başda “Andriyanik Ozenyan” bu bəyanatdan sui-istifadə edərək türklərin sayını azaltmağa yəni öldürməyə başladılar. Osmanlı dövləti də erməniləri təhcir etdi, yəni ölkənin müharibə bölgələrindən ölkənin içərilərinə doğru köçürdü.İddialara görə köç zamanı bəzi ermənilərdə ölüm halları qeydə alınmışdır. Osmanlı hökuməti ixtişaş yaradan təşkilatları bağladı və rəhbərlərini(2345 nəfər) həbs elətdirdi.Hər il ermənilər bu absurd hadisəni soyqırım olaraq qeyd edirlər. Sabiq ABŞ prezidentinin dediyi kimi “əgər arxivlər açılsa,ermənilər rüsfay olacaqlar”. Onu da vurğulayaq ki, soyqırım sözünün mənası kütləvi surətdə hansısa etnik ya da mədəni qrupun məhv edilməsi deməkdir. Əgər ermənilərin 1.5 milyon əhalisi soyqırıma məruz qalıbsa, o zaman Türkiyə ərazisində 70-80 min erməni necə yaşayayır? Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir ki, “Əgər Türkiyə soyqırım etmiş olsa idi,geridə buna etiraz edəcək tək bir erməni qalmazdı” İmperialist dünya dövlətləri və ermənilər köç(təhcir) zamanı ölüm hadisəsini böyük “erməni soyqırımı” adlandırırsa, o zaman 1948-1953-cü ildəki İrəvandan azərbaycanlıların kütləvi deportasiyasını da böyük Azərbaycan qətliamı olaraq tanımalıdırlar. Çünki kütəvi deportasiya zamanı türklər(indiki yerazlar) ya yolda aclıq və susuzluqdan öldü ya da gəldikləri yerdə hava şəraitinə və iqlimə dözə bilməyərək tələf olurdular. Bəs bu şərəfsizlərin türk-müsəlman əhaliyə qarşı etdikləri soyqırmları kim sorğulaycaq?!

Ermənilərin 10-dan çox terror təşkilatı və minlərlə məşhur terrorçuları vardır ki,hədəflərində biz türk-müsəlmanlar var idik.Onlar qətliamın hər növünü biz türklərin üzərinə tətbiq etmişdilər. İlk kütləvi soyqırımlardan biri Daşnak təşkilatının (rəhbəri Drastanat Kamayan) törətdiyi 1905-1906-ci illərdə olmuş “erməni-müsəlman davası”dır. Daha sonra 1918-ci il 31 mart soyqırımı Stepan Şaumyanın öndərliyində törədildi.Daha sonra isə müxtəlif terror təşkilatları yarandı ki,hədəflərində biz türklər vardıq. Erməni terror təşkilatları – Armenakan, Hınçaq, Daşnaksütyun, ESƏD, YEM, ASALA, EGAO, EİO, EAC, Oril qrupu, İntiharçılar, Erməni birliyi ,GEİ, 9 iyun qrupu, EAH, Geqaron, Apostol, Demokrat cəbhə.

Bu terror təşkilatları tək Azərbaycan və Türkiyə ərazisində yox,dünyanın böyük dövlətlərində hətta,bitərəf İsveçdə belə terror aktları törətmişdilər. Bu təşkilatlardan ən məşhuru və şərəfsizi ASALA terror təşkilatıdır ki, Akop Akopyan tərəfindən yaradılmışdır. Məşhur komandanı isə Monte Melkolyan idi.Hətta bəzi fikirlərə əsasən, Xocalı qətliamında ASALA terror təşkilatının barmağı vardır. Bundan əlavə Xocalıda qətliam törədənlərdən biri də 366-cı rus motatıcı alayı idi.1988-ci il Karen Demirçyanın hakimiyyəti dövründə təxribat xarakterli Sumqayıt hadisələri yaşanmışdır ki,”Paşa” ləqəbli özünü türk kimi tanıdan E.Qriqoriyan Sumqayıtda yaşayan (özlərinə lazım olmayan) erməniləri, öldürməyə başladı və bununla da türkləri vəhşi xalq kimi tanıdıb öz məqsədlərinə nail olmaq istəyirdi.1991-ci il də Xankəndi erməni birləşmələri tərəfindən işğal olundu. Həmin vaxtı Ermənistanda hakimiyyətdə terrorist Levon Ter-Petrosyan idi. Qarabağ və ətraf rayonların işğalı Ter-Petrosyanın hakimiyyəti dövrünə düşür.1992-ci il Xocalı qətliamının da ən böyük səbəbkarlarından biri də Levon Ter-Petrosyan idi. Zəngilan rayonu işğal olunana qədər ermənilər Qarabağda müxtəlif terror aktları törətdilər. 1998-ci ildə hakimiyyətə Robert Koçeryan gəldi. Yenə dəyişən birşey olmadı, Dağlıq Qarabağ Ermənistan işğalı altında idi. .

2008-ci ildə hakimiyyətə Serj Sarkisyan gəldi. Hakimiyyətdə olduğu dövründə 2016-cı ildə Aprel döyüşləri olmuşdur və bizim silahlı qüvvələrimiz erməniləri geri oturdaraq,Lələtəpəni işğaldan azad etdi. 2018-ci ildə inqlab nəticəsində hakimiyyətə Nikol Paşiniyan gəldi. Ermənistanı qərbəmeyillənirmək, Liberal-demokratik dövlət qurmaq, Paşiniyanın planı idi. Hakimiyyəti dövründə İkinci Qarabağ Müharibəsi başlamışdır və Allaha şükürlər olsun ki, Qarabağ işğaldan azad edilmişdir.Buna rəğmən ermənilər yenə öz terror siyasətini davam etdirir, Azərbaycan Respublikasının müxtəlif rayonlarına balistik raketlər atır, hətta Gəncəyə bir neçə dəfə Skad/Elbrus raketi atmış,təslim kapituliyasiyasını imzalamazdan 4-5 dəqiqə öncə Bakıya raket atmış (hava qüvvələti məhv etmişdi), Qarabağı tərk edərkən,evləri yandırır və meşələri məhv edərək ekoloji terror həyata keçirirdilər. Şad xəbərlər və uğurlu siyasət üçün Ali baş komandan Cənab İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə dərn təşəkkürümüzü bildirir, şəhidlərimizə də Allahdan rəhmət diləyirik.

Müəllif: Tanrıverdi Əliyev

Comments are closed.