Bir çoxları Şah İsmayılın nəslindən olan Şah Abbası günahlandırır ki, o, ölkəni “farslaşdırıb” və orduda türklərin rolunu azaltdıb, lakin əvvəlki yazılarımızda da bu mühakimənin yanlış olduğuna işarə etmişdik. Şah Abbas I, nizami ordu yaradaraq, Səfəvi dövlətində yaşıyan digər xalqları da orduya cəlb edərək, onun sayını artırdı, ancaq buna baxmayaraq aparıcı rol yenədə türkman döyüşçülərində qaldı.

Səfəvi şahları həmçinin sənətin himayədarı idilər və bir sıra şah və şahzadələr özləri ikidilli şair idilər. Eyni zamanda Şahın “Sani” ləqəbi altında, doğma dilimizdə yazdığı şeirləri də vardır.
Əgər kimsə Şah Abbasın Azərbaycan türkcəsində olan şeirləriilə tanış deyilsə, buyurun oxuyun:

Dilbər, səninlə meylər içəlüm,
Bu dünya kimsəyə qalmaz, əfəndim
Bu fani dünyada ləzzət çəkəlüm,
Bu dünya kimsəyə qalmaz, əfəndim.

Dünyanın, bil, adı fanidir, fani,
Beş gün qonaq saxlar ancaq insani
Təxtindən endirmiş çox Süleymani,
Bu dünya kimsəyə qalmaz, əfəndim.

Bayquşlar məskəni çöldür əzəldən,
Bülbülün dilbəri güldür əzəldən,
Atalardan qalma yoldur əzəldən,
Bu dünya kimsəyə qalmaz, əfəndim.

Dünyanın bir adı quru qəfəsdir.
Ona könül bağlamaq tam əbəsdir,
Bu söz söyləyən Şah Abbasdır,
Bu dünya kimsəyə qalmaz, əfəndim.

Comments are closed.