Çoxlarını yəqin ki, Səfəvi şahlarına tabe olan gürcü knyazlarının səlahiyyətlərinin hansı çərçivələrdə olduğu sualı düşündürür. Nəyə görə Qızılbaş hökmdarları, yeni fəth edilən ərazilərdə olduğu kimi, Qızılbaş əmirini Gürcüstana rəhbər təyin etmirdilər?
Fransız botaniki, Paris Elmlər Akademiyasının üzvü Jozef Pitton de Turnefor, 1700-1702-ci illərdə bölgəmizə səfəri zamanı, tarixi və etnoqrafik müşahidələr aparmaqla, «A Voyage Into the Levant..» adlı kitabında gürcü çarları haqqında aşağıdakıları yazmışdır:
“Allahın istəyi idi ki, bu gün gürcülər adı ilə tanıdığımız İberiyalılar, xristian bir kölənin çobanlığı ilə, həqiqi dinin işığı ilə nurlandılar. O onları möcüzələrlə dinə gətirdi və padşahını ovda aldığı zədə səbəbindən, gözlərinin qanamasından sağaltdı. Sokrat əlavə edir ki, bu yeni dinə gələnlər Konstantinin yepiskopları tərəfindən təlimatlandırılmaqlarını istədilər və Prokopiy bizi inandırırdı ki, onlar dövrün ən yaxşı xristianlarıdir. Onların padşahlarından biri olan Qurqen, İran kralı Qubadın dinini qəbul etməsi üçün ona təzyiq göstərdiyi üçün, imperator Yustiniyandan kömək istədi və bu məsələ iki imperiya arasında müharibəyə səbəb oldu.
Zanabarz adlı başqa bir gürcü hökmdarı, həyat yoldaşı, uşaqları və bir neçə saray adamı ilə vəftiz olmaq üçün Yustiniyanin zamanında Konstantinopola gəldi. İmperator ona böyük dostluq və hörmət əlamətləri göstərdi. Bu baxımdan indi kədərli bir dəyişiklik var. Bu gün, əslində VİLAYƏT QUBERNATORUNDAN başqa bir şey olmayan Gürcüstan şahzadəsi müsəlman olmalıdır, çünki İran kralı [Səfəvi şahı] bu vilayətin idarəçiliyini ozündən fərqli bir inanca sahib olan şəxsə verməz.
Orada olduğumuz müddətdə Tiflis şahzadəsinin adı İrakli idi. Deyirlər ki, o hər iki dinə sitayiş edirdi, beləki, o həm məscidə, həm də Kaputsin kilsəsinə gedirdi.”
Mənbə: azərbaycanturku
Comments are closed.