Cənubi Qafqazda, xüsusən də Azərbaycan ərazilərində xristian irsinə iddia edən erməni xristian kilsəsini daha yaxından tanımaq üçün keçdiyi tarixi dövrü yaxından öyrənmək lazımdır. Erməni kilsə tarixini yaxından öyrənməklə Qafqazda xristian irsi və bugünkü erməni kilsəsinin hansı mərhələlərdən keçdiyini bilmək, erməni kilsə iddialarının həqiqətlərini anlamaq mümkündür.

Tarixçi-alim, tədqiqatçı Əkbər Nəcəf erməni xristianlığını 2 dövrə ayırır.

Birinci dövr: Siyasi xristianlıq (313-1836)

İkinci dövr: Milli xristianlıq (1836-cı ildən günümüzə)

Bu iki xristianlığı birləşdirən iki amil var:

Birincisi monofizitlik

İkincisi ortaq ad (erməni)

Hazırkı erməni xristianlığı öz formasını 1836-cı ildə qazanmışdır.

Eyni zamanda tarixi olaraq erməni xristianlığı 3 mərhələdən keçib. İslamaqədərki dövr, İslam, yəni regionda ərəb-islam xilafəti hakimiyyətinin mövcud olduğu və ondan sonrakı dövr, nəhayət 1836-cı ildən sonrakı, yəni hazırkı milli erməni xristianlığı dövrü. Bu, həm də Azərbaycan ərazisindəki xristian irsinin ermənilərşdirilməsi dövrüdür.
Məqalənin 1-ci2-ci hissəsinə keçid linki.

***

1836-ci il. Erməni milli xristianlığının yaranması

1828-ci il Türkmənçay müqaviləsilə İran erməniləri Qarabağ bölgəsinə, 1829-cu il Ədirnə müqaviləsi ilə əsasan Mərkəzi Anadoluda yaşayan ermənilər İrəvan xanlığı ərazilərinə köç etdirilib məskunlaşdırıldılar.

Rusiya əsasən Anadoludan Eçmiədzin tərəfindən afaroz edilən Kilikiya katolikosluğunun nəzarəti altındakı erməniləri İrəvan bölgəsinə köçürdərək Eçmiədzindəki Alban-Sünik-Maku təsirini qırmış və beləcə monofizit xristianlığın “erməni milli xristianlığı” halına gəlməsinə yol açmışdır.

Gələnlərin böyük hissəsi “erməni” olsa da türk dilində danışırdılar. Buna görə də İrəvana köçürülən ermənilərin erməniləşdirilməsi üçün güclü dini və təhsil fəaliyyətləri başlamışdır.

1836-cı ildə keçirilən Moskva sinodu ilə Alban, Sünik kilsələri ləğv edilmiş, Eçmiədzin “bütün ermənilərin dini mərkəzi” elan edilərək milli kilsəyə çevrilmişdir. Bu tarixdən başlayaraq bütün XIX əsr boyunca Erməni kilsə tarxi millətləşdirilməyə, bütün diofizit xristianlığın tarixi erməni milli xristianlığı olaraq təqdim edilməyə başlanmışdır.

Bu prosesin son nəticəsi olaraq 1910-cu ildə çarın icazəsi ilə bütün köhnə kilsə arxivləri yandırılmış və Erməni Qriqoryan xristianlığı ön plana çıxarılmışdır.

1836-cı ildən sonra Erməni xristianlığının milli xristianlıq mərhələsi başlamış və bu proses günümüzə qədər davam edir.

Nəticə:

1836-cı il sinodunda bütün bir diofizit xristianlığı erməni milli xristianlığı halına gətirilərək Qriqoryanlaşdırlmışdır.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Əkbər Nəcəf

Comments are closed.