Qorçular – Səfəvi şahlarının Qızılbaş tayfalarından ibarət seçmə süvari döyüşçüləri idilər. Səfəvi ordusunun daimi hissəsini təşkil edən bu qoşun növü, Şah İsmayıl I tərəfindən Caqatay hərbi təşkilatının modeli üzərində yaradılmışdır.
“Qorçu” – qoruyucu sözündən gəlir və qorumaq felindən yaranmışdır. Ancaq bəzi alimlər, o cümlədən Raçer Seyvori, qorçu sözünün “ox atan”mənasını verən monqol sözü olduğunu yazırlar. Bununla bərabər mənbələr ilə tanışlıq zamanı bu sözün daha çox həcmli olduğunu, yay və oxdan atəş açmaq mənası ilə məhdudlaşmadığını görə bilərik. Ox, kaman gorçusu ilə yanaşı, qılınc qorçusu, xəncər qorçusu və s. terminlərlə rastlaşmaq olar.
Şah Abbas I-nin nəznində 12 min əsgər olan, şəxsi şah qvardiyasi – qorçu şah korpusu yaradılmışdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub, dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi.
Bütün qorçuların işini qorçubaşı idarə edirdi və Etimad əd-dövlədən (vəzir) sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Qorçular haqqında mənbələrdə bu cür qeyd olunur:
«Digər daimi hərbi korpus, köhnə qəbilə süvarilərini təmsil edən, qorçular idi. Onlar yay, nizə, qılıncla silahlanmış, gəzən arsenallara bənzəyirdilər; qoruyucu silah kimi xəncərlər, döyüş baltaları və qalxanları var idi.
Bu qorxmaz Türkman döyüşçülərinin baş geyimləri, onlara “qızılbaş”, “qırmızı başlı” adı verən, Şah İsmayılın atası tərəfindən davamçıları üçün qurulan, qırmızı papaq idi. Amma yürüşlərdə, yanaqlarına qədər örtülü zəncirvari dəbilqə geyinirdilər. Uzun bığ saxlaması, qorçularin xarakterik xüsusiyyətlərindən idi.
(M. Haneda, ” Le Châh et les Qizilbāš: le système militaire safavide”)
Comments are closed.