Homerdən başlayaraq, (təqribən e.ə. VIII əsr) qədim mətnlərdə çayların türk adı daşıması mühüm bir tarixi həqiqətdir. Lakin tarixçilər bu həqiqətlərə lazımi diqqət yetirmək istəmirdilər. Bu arada türk mənşəli adı olan çaylar, qədim mətnlərdə təsvir olunan ərazilərdə erkən türklərin varlığına dair mühüm bir tarixi sübutdur.
Əlimizdə 2400 il əvvəl bir əsərdə adı keçən çayın türk mənşəli ada sahib olduğu ilə bağli sübutları var. Ancaq bu fakt, türk dilinin bu bölgədə qat-qat sonradan yayılması ilə bağlı nəzəriyyə ilə zidd gəlir.
Həm də nəzərə almaq lazımdır ki, tez-tez sülalələrin dəyişməsi və ya ərazinin zəbt olunmasi zamanı qədim dövrlərdə yaşayış məntəqələri, şəhərlər, coğrafi adlar dəyişdirilmişdir. Bu assuriyalılar, yunanlar, makedoniyalılar və romalılar arasında yayılmiş bir təcrubə idi. Son orta əsrlərdə bu siyasət artıq Rusiya İmperiyasında da tətbiq olunurdu. Müasir dünyada, bildiyimiz kimi bu hal çayların, dağların, şəhərlərin, yaşayış məntəqələrinin və s. tarixi adlarının 80-90% -ı dəyişdirildiyi Ermənistanda da geniş istifadə olunur.
AMMA, qədim dünyada çay adları nadir hallarda dəyişdirilirdi. Birincisi, ona görə ki çaylar iki və ya daha çox ölkənin ərazilərindən keçə bilərdi. İkincisi, çaylar çox vaxt sərhəd funksiyasını yerinə yetirirdilər. Buna görə çayların adları yaşayış məntəqələrinin adları qədər dəyişməmişdir. Bu baxımdan ilkin mətnlərdə verilən çay adları qiymətli linqvistik materialdır. Xüsusilə qədim coğrafi adlarda türk adlarının olması müəyyən bir ərazidə müxtəlif tarixi dövrlərdə türk dilində danışan xalqların mövcudluğunun tarixi sübutudur.
Beləliklə, Ksenofontun, “On minlərin geri çəkilməsi” olaraq bilinən “Anabazis” əsərində Kunax Döyüşü (M.Ö. 401) ilə əlaqəli hadisələr təsvir edilir. Ksenofontun özünün iştirak etdiyi Kunax döyüşündən sonra sağ qalan çox sayda muzdlu yunan ordusu, Qərbi Qafqaz və Qara dənizin cənub sahilləri boyunca qayıtmaq məcburiyyətində qaldı. Ksenofont bizə bu torpaqlarda yaşayan insanların həyatı və adətləri, bölgənin coğrafi adları haqqında dəyərli məlumatlar verir. Rəvayətinin yalnız bir epizodunda Qərbi Arpa-çay ilə koordinatlarda üst-üstə düşən Arpa-su çayının adı verilmişdir: “Haliblərdən yunanlar ARPASU çayına gəlib çatdılar. Oradan dörd keçiddə 20 fərsəng (128 km.) İskitlər torpağından düzənlikdən keçdilər…”[16, IV-7.18].
Fransız tarixçi, dilçi və Oxford Universitetinin professoru Piter Edmund Laurent (1796-1837) tarixi coğrafiyaya dair nəhəng tədqiqat əsərində “Arpasus hələ də Arpasu adlanır, Araksa tökülür və Türkiyə ilə İran arasındakı sərhəddir” yazır.
Gördüyümüz kimi, yalnız bir çayın adı müəyyən hədəflər naminə, yalan olaraq göstərilən bölgənin bütün tarixini dəyişdirə bilər. Türklər heç burada yaşamamış olsaydılar, qat-qat sonradan gəlsəydilər, o zamanlar kim türk adını bu günədək hamin adı daşıyan çaya verə bilərdi?
Comments are closed.