Nadirin Hindistan səfəri ilə əlaqəli, maraqlı bir hadisə baş vermişdir. Moğolları Karnaka döyüşündə məğlub etdikdən sonra Nadir, yenilmiş Məhəmməd şah ilə birlikdə, imperiyanın paytaxtı olan Dehliyə daxil oldu. Ona şəhərin və moğol xəzinəsinin açarları təqdim olundu.

Nadir şah, hökmdar Məhəmməd şahı dustaq ede və ya sürgün ede bilerdi, lakin bunu etmədi.Bunun səbəbini, Turxan Gəncei “The Turkish inscription of Kalat-i Nadiri” kitabında bu cür izah edir:

“5 aprel 1741-ci ildə Osmanlı sultanı I Mahmuda yazdığı bir məktubda, o (Nadir şah) Hindistan səfərinin bəzi təfərrüatlarını izah edərək, Məhəmməd şahı Hindistan taxtında saxlanmasının səbəbi kimi, hər ikisinin türk mənşəli olduğunu bildirmişdir.”
Bu nəyi göstərir? Nadir türk soyuna mənsub olduğu üçün fəxarət hissi duyur və onunla eyni qandan olanlara hörmət edirdi. Ona görə də o, Hindistana hakim olan türk sülaləsini məhv etmədi. Beləlliklə, Moğollar 19 əsrin 2-ci yarısına kimi öz mövcudiyyətini saxladılar.

Comments are closed.