Niyəsə bir çox insan istər düşmənlərimizdən, istər bəzi içimizdən olanlar, hələdə türklərin Azərbaycana və ətraf bölgəyə Səlcuqlular dönəmində gəldiyini yazırlar, amma türk xalqları səlcuq-oğuz dövründən qabaq da bizim bölgədə yaşayıblar və buna dəlalət edən kifayət gədər mənbələr mövcuddur. Əlbətdə buna səbəb həmdə uzun illər sürən təbliğat da ola bilər, lakin Altay nəzəriyyəsinin puçluğunu həm tarixi araşdırmalar, həm bizim bölgədə tapılan maddi – mənəvi əşyalar sübut edir.
Məsələn 8-ci yüzilin ərəb tarixçisi Xişam əl-Kəlbi Azərbaycanda yaşayan türklər haqqında yazır:
«Hişam ibn Əl Kəlbi Rəiş haqqında dedi: «Rəiş ibn Qeys inb Seyfi ibn Səbə ibn Yarub ibn Qətxan. O Yəmənin Qətxandan sonrakı hökmdarıdır. Rəiş Mənüçöhrün dövründə Yəmənin hökmdarı idi və onun adı Xəris ibn Əbi Səddad idi. Ona Rəiş adını Yəmən xalqına müharibədən qənimət gətirdi deyə verdilər. Sonra o Anbara və Mosula saldırdı və öz adamlarından biri olan Şimr ibn əl-Əttafini idarəçi kimi təyin etdi, sonra o irəllədi və buradan Azərbaycandakı türklərə hücum etdi, türk əsgərlərini öldürüb uşaqlarını rəhin alırdı. Bu döyüşlərdən qabaq onlar haqqında Rəiş iki daşın üstündə yazdı. Bu iki daş bu gün Azərbaycanda yerləşir və onların yeri bəllidir».
Qaynaq: Təbəri, «Tarix ət-Təbəri», səh. 383
Mənbə: İRS.az
Comments are closed.