Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov  bildirmişdir ki, bu fərmanın surəti Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasından götürülmüşdür.

P.Kərimov demişdir ki, fərmanın surətini ABŞ-da yaşayan azərbaycanlı tədqiqatçı Həsən Cavadi göndərmişdir. Fərmanda Səfəvi hökmdarının Əhməd ağa Qaramanlu adlı şəxsi ölkənin vilayətlərindən birinə hakim təyin etməsi əks olunmuşdur. Fərman “Əbülmüzəffər sözümüz” başlığı altında verilmişdir.

“Əbülmüzəffər” I Şah İsmayılın təxəllüsü olmuşdur. Tarixçilər Əbülmüzəffərin Xətai olduğunu yaxşı bilirlər. Fərman mənasında “sözümüz” yazılması da çox diqqətəlayiqdir və Şah İsmayılın ana dilinə – Azərbaycan türkcəsinə münasibətini bariz surətdə əks etdirir.

Fərmanda əmr mənasında doğma dilimizdəki “buyuruq” sözünün işlədildiyini görürük. Hicri tarixi ilə 917-ci il rəbiüləvvəl ayının 7-də, miladi tarixi ilə 1511-ci il iyunun 5-də imzalanmış bu fərmanın dilinin sadəliyi, siyasi terminlərin belə doğma dildə verilməsi diqqəti cəlb edən ən vacib cəhətlərdəndir.
Tərcüməni sizə təqdim edirik.

Şah İsmayıl Xətainin Əmir Musa Durğuta azərbaycan dilində məktubu, 23 may 1512-ci il:

«Bismillahir-Rahmənir-Rahim,

Əbülmüzəffər İsmayıl Bahadur

Sözümüz

“Əmiri-əzəmi-əkrəm Musa Durğut oğlı inayət və şəfqətimizə ümidvar oləndən sonra şöylə bilsün kim, iftixaür ül-əazim vələyan Əhməd Ağa Qəramanlu ol tərəfə göndərdük və ol hər nə ki ixtiyarlığını kendünə şəfqət etdük. Gərək kim müşarinileyh sözündən və məsləhətindən çıxməsün və mütabiət və yardım ona qılsun kim, inşaAllahi-Təəla hər nə kim onun müradi və istəki olsə, hasildir. Gündəngünə nə iş vaqe bulsa, Əhməd Ağa ittifaqi ilə dərgahi-müəllamirzə bildürsünlər kim, hər növ buyuruğımız olsə, əməl etsün, göblünü xoş tutub, mərhəmətimizə sidar olsun. Tərirən 7 rəbiüləvvəl, sənə 917 Xətm”.

Mənbə: İrs.az

Comments are closed.