Qarabağ uğrunda gedən döyüşlər davam edir və Allahin köməyi ilə Azərbaycanin mərd oğulları düşmən tapdağinda olan torpaqlarimizi qarış-qarış azad etməkdədirlər. Bir müddət əvvəl Cəbrayılın və eyni zamanda Xudafərinin də azad olunması və 30 illik həsrətin bitməsi xəbərini aldiq. Əlbətdə ki, erməni vandalları mədəniyyətimizə aid nə var idisə yerlə yeksan etdilər. Ancaq şükürlər olsun Azərbaycanın memarliq incilərindən olan Xudafərin körpüləri hələdə ayaqdadırlar və gələcəkdə onlarin da bərpa olunacaqına şübhə yoxdu.
Gəlin bu tarixi abidənin keçmişinə nəzər salaq.

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl bin Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.Qəzvininin əsərlərində körpünün adı “xud-afərin” kimi yazılıb, hansı ki farscadan tərcüməsi “Allah tərəfindən yaradılmış” deməkdir. Gümanlara görə, bu ad körpülərə qeyri-adi memarlıq xüsusiyyətinə görə verilib. belə ki, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulmuşdur.Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir.
Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir.Hər iki körpü İpək yolunun üzərində yerləşir.Körpülərin böyüyü Xudafərin kəndində olub, 15 aşırımlıdır və Həmdullah Qəzvininin yazdığına görə onu “…hicri 15 – ci ildə (639) Məhəmməd peyğəmbərin arxadaşı Bəkr ibn Abdullah tikdirmişdir.” Bəkr ibn Abdullah əski körpünü yenidən qurduğu kimi, onun ucaldığı körpü də sonralar dəfələrlə bərpa və təmir işlərinə uğramışdır. İndiki onbeşaşırımlı körpü XII əsrin abidəsi sayılır.11 aşırımlı körpünün hal-hazırda üç orta tağı sağ qalmış, sahil tağları isə 1930-cu illərdə şimali və cənubi azərbaycan arasında əlaqələri kəsmək üçün iran və ssri-nin birgə qərarı ilə dağıdılmışdır. o vaxtdan bəri yerli əhali həmin körpünü sınıq körpü adlandırır.
Tikinti materialı və memarlıq biçinlərinə görə daha monumental görünən onbiraşırımlı körpüdə oyma naxışlı, dairəvi biçimli daş bəzək lövhələri də aşkar edilmişdir. bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün isə tağları sivri biçimlidir.

Comments are closed.