Böyük ağ irq daxilində azərbayсanlıların aid edildikləri Kaspi
antropoloji tipinin yeri hələ də tam müəyyənləşdirilməmişdir. Bir–birini tam şəkildə təkzib etməsələr də məsələni araşdırmağa cəhd göstərmiş Qərb, həm də rus–sovet antropoloqlarının fikirləri arasında xeyli fərq vardır. XX yüzilliyin ən görkəmli antropoloqlarından olan Fişer 1923–cü ildə Azərbaycan türklərini və türkmənləri oriental (şərq) irqə daxil etmişdir. Sovet antropoloqları arasında isə bu məsələ ilə bağlı 4 nəzəriyyə vardır:
1. Yarxo, Roqinski, Levin və Abduşelişvili Kaspi tipini şimali Hindistan və Orta Asiya xalqlarının mənsub olduqları antropoloji tiplərlə yaxınlaşdırmağa səy göstərmişlər (12;388 – 390 ).
2. 1948–ci ildə Q.F. Debets Kaspi tipini Ön Asiya kiçik irqinə daxil etmişdir. Debetsə görə «azərbaycanlıların və türkmənlərin fiziki tipləri onları Qazaxıstan və Altayın qədim əhalisindən daha çox Ön Asiya və Aralıq dənizi sahillərinin əhalisi ilə qohumlaşdırır» ( 7; 139). Onun fikrini müdafiə edən Oşanin Kaspi tipini Ön Asiya kiçik irqinin uzunbaş modifikasiyası kimi təqdim etmişdir (11; 20).
3. Çeboksarovun irqi təsnifatında isə Kaspi tipi Aralıq dənizi – Balkan irqinə daxil edilmişdir (14 ;147 ).
4. Bu məsələ ilə bağlı daha ziddiyyətli mövqe V.V.Bunaka məxsusdur. 1951–ci ildə, görünür daha çox baş göstəricilərini nəzərə alan alim Kaspi tipini Pont tipi ilə birlikdə Aralıq dənizi kiçik irqinə aid etmişdi. Sonrakı araşdırmalarında isə Bunak Kaspi tipini L.V. Oşanin tərəfindən Mavərənnəhr, Yarxo tərəfindən isə Pamir – Fərqan tipi adlandırılan antropoloji tiplərlə yaxınlaşdırmışdır (10; 104).
Bu müəlliflərin işlətdikləri terminlərin özlərində də müəyyən ziddiyyət vardır. Belə ki, ayrı–ayrı təsnifatlarda işlənən «şərq», «Şərqi Aralıq dənizi», «Xorasan» və «Kaspi» terminləri sovet antropologiya elmində çox vaxt sinonim kimi səslənirdi. V.V. Bunak və eləcə də digər antropoloqlar tərəfindən təklif edilmiş bu terminlər etnik deyil, daha çox coğrafi təsnifata əsaslanır. Eyni zamanda bu terminlər adıgedən antropoloji tipin müəyyən məkan daxilində yayılmasında göstərici rolunu oynayır. İstənilən halda bu terminlərin mühüm ümumiləşdirici cəhəti, adından asılı olmayaraq, bu qrupun Xəzər dənizinin həm şərq, həm də qərb sahillərində yaşayan, bir kökdən – Oğuzlardan törəyən Azərbaycan türklərini və türkmənləri özündə birləşdirməsidir. Bir hissəsi indiki İran İslam Respublikasının, bir hissəsi Əfqanıstanın, az hissəsi isə Türkmənistan Respublikasının tərkibində olan tarixi–coğrafi Xorasan vilayətinin özü də bu xalqların ümumi əcdadı olan oğuzların Böyük Səlcuq imperiyasının özülünü qoyduqları bir bölgədir. Bütün bunları nəzərə alaraq, eyni antropoloji irqi əlamətlər kompleksinə sahib olan iki qardaş xalqların mənsub olduqları irqi tipi, bizcə Oğuz tipi adlandırmaq daha elmi, daha ədalətli olardı. Orta əsr ərəb tarixçiləri öz müasirləri olan oğuzların Xilafətdə yaşayan digər xalqlardan öz uzunbaşlılıqları (dolixokranlılıqları) ilə seçildiklərini xüsusi olaraq vurğulayırlar. X yüzillikdə də oğuzlar Mavəraənnəhr və Farsistanın yastıbaş əhalisindən başlarının uzunluğuna görə seçilirdilər. L.V. Oşanin «Türkmən dolixokefallığının ( uzunbaşlılığının – müəllif ) irqi xüsusiyyəti» adlı məqaləsində yazır : «Təkə tayfasından olan türkmənlər mənə şəxsən deyirdilər ki, uzunbaşlılıq türkmənlər üçün xas olan bir haldır və onlar bu xüsusiyyəti başqa xalqlarla qarışdırılmamaları üçün xüsusi olaraq nəzərə çatdırmağa cəhd göstərirlər». Alim daha sonra yazır: «Paleoantropоloji materiallar indi də türkmənlər arasında üstünlük təşkil edən dolixokran evropoid tipinin Türkmənistan ərazisində ən azı 4 minillik mövcudluğuna şübhə yeri qoymur» (10;303 – 305). Bu məsələ ilə bağlı başqa bir sovet antropoloqu V.V. Ginzburq yazırdı: «I-II minilliklərin hüdudunda türkmənlərin əcdadları olan oğuzların dolixokran evropoid irqinə mənsub olmaları haqqında Oşanin tərəfindən tarixi materiallar əsasında işlənilmiş nəzəriyyə indi əlimizdə olan paleoantropоloji dəlillərlə sübut olunur» (11;122). Qeyd etmək lazımdır ki, qədim türk topluluğundan hələ miladdan əvvəl II miniliyin ortalarında ayrılmış, Qədim Çin mənbələrində Xus adlandırılan şərq oğuzları da çinlilərdən özlərinin ağ irqə mənsub olan əlamətləri ilə seçilirdilər.
Eyni halı Qafqaz ərazisində də müşahidə etmək mümkündür. Bütövlükdə Qafqaz xalqlarının müxtəlif dil ailələrinə mənsubluğu bu ərazidən tapılan paleoantropoloji materiallara konkret etnogenetik məsələlərin həlli üçün böyük əhəmiyyət qazandırır. 1939–cu ildə Qarayazıdan primatın diş qalıqlarının, Azıx mağarasından arxantropoun alt çənəsinin, Qərbi Gürcüstandan və Beştau (Pyatiqorsk) yaxınlığındakı Podkumok çayı hövzəsindən paleoantropa məxsus sümüklərin tapılması Qafqazın antropogenez zonasına daxil olması fikrini irəli sürməyə imkan vermişdir. Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan Dmanisi rayonu (1947–ci ilə qədər Başkeçid adlanırdı – müəllif) ərazisindən, Xram çayının sahilindəki mağaradan yaşları 1 milyon 700 min il olan, yaxşı saxlanmış kəllə qutularının tapılması nəinki Qafqazın ən qədim insan məskəni olduğunu sübuta yetirmiş, eyni zamanda insanın törənişi ilə bağlı təkamülçü, ateist nəzəriyyələri alt–üst etmişdir.
Qafqazdan orta daş dövrünə aid insan qalıqları Qobustandan aşkar edilmişdir. «Firuz» düşərgəsindən 11 adamın dəfn olunduğu dayaz çuxurdan tapılan sümüklər çox pis saxlanmışdır. Tapılmış kəllələrdən 7-si kişi, 3-ü qadın, 1-i isə uşaq kəlləsidir. Bu kəllələrdən yalnız ikisi ölçülmə üçün yararlı olmuşdur. Şərti olaraq № 3 adlanan 1-ci kəllə öz quruluşuna görə dolixokrandır. № 5 adı ilə tanınan 2–ci kəllə qutusu isə birincidən qismən fərqlidir. Tapıntının ilk tədqiqatçısı R.Qasımova Qafqazdan orta daş dövrünə aid başqa insan qalıqları aşkar edilmədiyindən Qobustan tapıntılarını yalnız Mazandaran mədəniyyətinə aid edilən Xotu mağarasından tapılmış qadın kəllə qutusu ilə müqayisə etmiş və hər iki kəllənin dolixokran olduğunu bildirmişdir (9,158). Qobustan və Xotu kəllələrinin tədqiqi, habelə müqayisəsi orta daş dövründə həm Şimali, həm də Cənubi Azərbaycan əhalisinin dolixokran olduğunu söyləməyə imkan verir.
Qafqazın yeni daş dövrü (neolit) əhalisinin fiziki quruluşu Qobustandakı «Kənizə» mağarasından, indiki Ermənistan ərazisindən və Gürcüstandan tapılan 4 kəllə qutularının tədqiqi əsasında müəyyənləşdirilmişdir. Bu kəllələrdən 3–ü dolixkran, İmeretiyanın (Qərbi Gürcüstan) dağətəyi hissəsindən tapılan kəllə isə mezokefaldır.
Qafqazın mis–daş (eneolit) dövrü əhalisinin morfoloji quruluşunun müəyyənləşdirilməsində Kültəpə (Azərbaycan Respublikası), Samtavro (indiki Gürcüstan Respublikası), Şenqavit və Cararat (indiki Ermənistan Respublikası), Çimkənd (indiki Dağıstan Respublikası) kəllələri mühüm yer tutur (1, 14 – 15). Kültəpədən tapılan kəlləni özünün uzunbaşlılığı (dolixokran) və naziksifətliliyi ilə Kaspi (Xəzər) tipinin qədim forması hesab etmək olar. Oxşar quruluşlu paleoantropoloji tapıntılara Əl–Ubeyd (İraq) və Sialk (Cənubi Azərbaycan) mədəniyyətlərində rast gəlinmişdir.
Bu dövrə aid edilən Samtavro kəllələrini tədqiq etmiş M.Q. Abduşelişvili onlardan 2–nin morfoloji cəhətdən naziksifətli, uzunbaşlı (dolixokran), 1–in isə enlisifətli, girdəbaşlı (mezokran) olması qənaətinə gəlir ( 1;9 – 16).
Kaspi (Xəzər) tipinin analogiyasına indiki Ermənistan Respublikası ərazisində Şenqavit və Göyçə gölünün cənub–qərbindəki Cararat düşərgələrində rast gəlinmişdir. Şenqavitdən tapılmış 5 kəllə qutusundan 4–ü kişi, 1–i isə qadın kəlləsidir (3; 85). Şenqavit kəllələrinin baş göstəricisi 72,5, Cararat kəllələrinin baş göstəricisi 78,5 olduğu halda müasir ermənilərdə bu göstərici ən azı 85,7–ə çatır. Hər iki halda və indiki Ermənistan ərazisindən tapılan kəllələr seriyasının ermənilərlə bağlılığı yoxdur.
Çimkənd kəllələrini tədqiq edən V.V. Bunak onları da morfoloji əlamətlərinə görə Kaspi (Xəzər) tipinə aid etmiş və bütövlükdə Şimali Qafqazın antroploji tiplərinin üç qədim element əsasında formalaşması qənaətinə gəlmişdir. Onlardan ikisi dolixokran (uzunbaş), biri isə braxikrandır (yastıbaş). V.V. Bunak dolixokran elementlərdən birinin Şimali Qafqazda hələ yeni daş (neolit) dövründən yayıldığını və Pont tipinə aid olduğunu, digərinin isə Kaspi (Xəzər) tipi ilə bağlı olduğunu bildirir. V.V. Bunaka görə braxikran (yastıbaş) element isə daha çox Avrasiya çöllərinin qədim əhalisi ilə bağlıdır (3; 57).
Bütün bunlar həm Cənubi, həm də Şimali Qafqazda mis–daş (eneolit) dövründə ən geniş yayılmış antropoloji tipin Kaspi (Xəzər) tipi olmasını söyləməyə imkan verir.
Tunс dövrünə aid edilən paleoantropoloji materiallar seriyası (Azərbaycan Respublikasının Xaçbulaq adlı yaşayış məskənindən, Gürcüstan Respublikasının Qori rayonunun Tkviavi kəndi yaxınlığından, Göyçə gölünün cənub–qərbindəki Lçaşendən, Nalçik kurqanından, Manıç çayı hövzəsindən tapılan kəllələr) erkən tunc dövründən başlayaraq daha qədim olan Kaspi tipinin transformasiyası nəticəsində Ön Asiya tipinin formalaşması prosesinin başlanmasından xəbər verir. Lçaşendən 3 km aralı, miladdan əvvəl II minilliyin ortalarına aid edilən kəllələr sifətlərinin enliliyinə görə Lçaşen kəllələrini geridə qoysalar da baş göstəricisinə görə dolixokrandırlar (uzunbaşlıdırlar). Enlisifətlilik amilinə həddən artıq önəm verən V.P. Alekseev hətta onları ermənilərin «əcdadı» saymaq istəsə də, sonradan bu əlaməti, yəni enlisifətliliyi Qaаqazdaxili köçlərlə əlaqələndirməyə məcbur olur. Öz elmi fəaliyyətində ermənilərin antropoloоi baxımdan qədimləşdirilməsinə xüsusi yer ayıran V.P. Alekseev hələ əhalisinə aid qədim sümük qalıqlarının tapılmadığı, Qafqazın xeyli hissəsini və Cənubi Azərbaycan ərazisini əhatə etmiş, erkən tunc dövrünə aid edilən Kür–Araz mədəniyyətinin qurucularını, dövrü dəqiq müəyyənləşdirilməmiş Berkaber kəlləllər seriyasına əsaslanaraq, ermənilərin əcdadı hesab edir. Lakin Berkaberin dolixokran qədim əhalisinin morfoloji quruluşu ilə indiki ermənilərin antropoloji quruluşu arasında heç bir bağlılıq yoxdur. Digər tərəfdən V.P. Alekseev Gürcüstanın cənubundan tapılan kəllələri öz ölçülərinə görə daha çox Kaspi (Xəzər) tipinə uyğun gələn uzunbaşlı, ensiz üzlü kəllələri Kür–Araz mədəniyyəti əhalisinin antropoloji tipinin məhəlli variantı hesab edir (2; 89).
Erkən dəmir dövrünə aid paleoantropoloji materiallar Mingəçevirdən (Azərbaycan Respublikası), Samakaberd və Noradüzdən (indiki Ermənistan Respublikası ərazisi) aşkar edilmişdir. Mingəçevir qəbirlərində ölülər qatlanılmış (m.ə. X-VIII əsrlər) və uzadılmış (m.ə. VII-V əsrlər) şəkildə iki cür dəfn olunmuşlar. Kəllələr uzunbaşlı və naziksifətlidirlər. Samakaberd və Noradüz kəllələri öz uzunbaşlılıqları, orta hündürlüklü ölçüləri ilə Kaspi tipinə uyğun gəlirlər. R.M. Qasımova bu seriyanı Cənubi Azərbaycandakı Sialkdan (m. ə. IV minillik) Mingəçevirdəki (m.ə. VII–V əsrlər) kəllələr arasında keçid forması, V.P. Alekseev isə Lçaşen və «Sevan» (Göyçə) kəllələrinin varisləri olduğunu qeyd etmişlər (2; 89). İndiki Ermənistan ərazisindən tapılan erkən dəmir dövrünə aid kəllələr, habelə Kuban ərazisindən aşkar edilən paleoantropoloji materiallar da öz göstərcilirinə görə Kaspi tipinin analoqları hesab edilə bilər.
Belələiklə, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan, habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür.
Gördüyümüz kimi indiki Ermənistan və Gürcüstan respublikaları ərazisindən əldə edilmiş paleoantropoloji materiallar öz göstəricilərinə görə indiki erməni və gürcülərdən kəskin şəkildə fərqlənirlər. Bununla bağlı keçən yüzülliyin əvvəllərində gürcü tarixçisi İ.A.Cavaxaşvili yazırdı: «Kəllə quruluşuna görə antropologiya xalqları bir neçə qollara ayırır: …bu qollardan biri qısabaşlılar və ya braxikran, digərləri isə uzunbaşlılar və ya dolixokrandırlar. Qafqazın qədim qəbristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirilmişdir ki, öncə bizim ölkədə uzunbaşlılar, yəni dolixokefallar yaşamışlar. Professor Virxov isə qeyd etmişdir ki, indiki ermənilərin və gürcülərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlılığı yoxdur. Deməli onda mahiyyətcə erməni və gürcülər Qafqazın ilk yerli əhalisi deyillər. Onlar bu ölkəyə gəldikdə burada başqa xalqın varisləri yaşayırdılar» (8; 11 – 12).
Cənubi Qafqazın miladdan əvvəl II minilliyin sonu – I minilliyə aid edilən kurqan qəbirlərində də maraqlı qanunauyğunluq müşahidə olunur: belə ki, üzərində kurqan ucaldılan, yəni əsas mərhum, baş quruluşuna görə uzunbaş (dolixokran), onunla birlikdə gömülən qul–qaravaş isə qısabaşlıdırlar (braxikrandırlar). XIX yüzilliyin əvvəllərində Gəncəçay hövzəsindəki kurqan qəbirləri tədqiq edən E. Resler 7 saylı kurqan qəbrin cənub hissəsində arxası üstə uzanmış vəziyyətdə dəfn edilmiş əsas mərhumun uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyini, şimal hissədə isə iki ata məxsus sümüklərin və 3 nəfər oturmuş vəziyyətdə dəfn edilənlərin isə qısabaşlı (braxikran) olduğunu qeyd edir. Bu cür qanunauyğunluğu E. Resler 9 saylı kurqan qəbrində və Qarabağ kurqanlarında da müşahidə etmişdir. Arxeoloqa görə bu kurqanlar miladdan əvvəl XV–XIII əsrlərə aid olunur (6; 68).
Qafqazın cənubundan, həm də şimalından əldə edilən paleoantropoloji tapıntılar, bölgənin ən qədim əhalisinin uzunbaşlı, naziksifətli, nazik, kəskin çıxıntılı burun sümüyü kimi morfoloji əlamətlərin indi azərbaycanlıların mənsub olduqları Kaspi (Xəzər, daha doğrusu Oğuz – çünki bu tipə mənşəcə Oğuz olan iki qardaş xalq, yəni Azərbaycan türkləri və türkmənlər aid olunurlar) tipinə aid olması Azərbaycan türklərinin Qafqazın ilk sakinləri olmasını bir daha sübut edir.
Bu isə həm Qafqazda, həm də Orta Asiyada türkləri substrat etnos kimi qəbul etməyən, bu bölgələrin ən qədim əhalisinin ya Qafqazdilli, ya da İranndilli olduğunu iddia edən rus–sovet tarix elminin müddəaları ilə düz gəlmir. Belə ki, əgər bu bölgələrin qədim əhalisi uzunbaşlı (dolixokran) Qafqazdilli Bran və Qafqazdilli xalqlar idisə onda bu gün yastıbaşlı (braxikran) fars, erməni, gürcü və s. xalqlar kimlərin varisləridir? Əgər türklər (oğuzlar) gəlmə əhalidirsə (superstratdırlarsa) onda niyə onlar bu gün də bu bölgələrin ən qədim əhalisi kimi uzunbaşlıdırlar (dolixokrandırlar)? İndi türk xalqlarının məskunlaşdıqları ərazilərdən əldə edilmiş paleoantropoloji tapıntılarla indiki əhali arasında antropоloji əlamətlər arasında varislik də türklərin buraya gəlmə olmaları haqqında uydurulmuş nəzəriyyələri alt–üst edir.
Paleoantropoloji tapıntılarla yanaşı, yazılı qaynaqlar da qədim türkləri monqoloid «elan» edən alimlərin yanıldığını sübut edir. Antik müəlliflər Yuxarı Dondan Volqa (İdil) çayının orta axarına qədərki ərazidə yaşayan budinlərin (budun – qədim türk dilində tayfa deməkdir – müəllif) isə (Herodot bu adda tayfanın Azərbaycanda da yaşamasını qeyd edir – müəllif ) «mavi gözlü, sarı saçlı» olduqlarını yazır. Bu cür məlumatlar paleoantropoloji bilikləri zənginləşdirərək, xalqların böyük köçünə qədərki antropoloji tipləri müəyyənləşdirməyə imkan verir. Xalqların böyük köçü zamanı ayrı–ayrı xalqların antropoloji tiplərindəki fərqlər daha qabarıq şəkildə üzə çıxır. Bu köçlərə «liderlik» edən türk tayfalarının adları Avropa dillərinin lüğət tərkibinə daxil olur. Məsələn, «hun» sözü alman, çex və slovak dillərində «nəhəng», «avar» etnonimi isə «obr» şəklinə düşərək, Karpat slavyanlarının və macarların dillərində «bahadır» mənasını verir ki, bu da türkfob alimlərin iddia etdikləri kimi guya qədim türklərin klassik monqoloid irqinə mənsub olmaları fikirləri ilə ziddiyyət təşkil edir. Bu baxımdan T.A. Tot və B.V. Firşteynin apardıqları tədqiqatların nəticələri xəsusilə diqqəti çəkir: «Hun və avarların əsas kütləsində faktiki olaraq heç bir monqoloid qarışığı yoxdur» (13; 31 – 32). Çinlə qonşuluqda yaşayan, tsze–tsze adlanan şərq türkləri klassik monqoloid olan çinlilərdən avropoid irqinə xas olan əlamətlərlə – dik burunları, qalın saqqalları, göz quruluşları və uca boyları ilə fərqlənirdilər. Orta əsrlərdə Avrasiya əhalisinin əksəriyyətini təşkil etmiş türk xalqlarının avropoid irqinə mənsub olmaları artıq heç kəsdə şübhə doğurmur. Xəzər ətrafındakı kurqаnlardan tapılan, qıpçaqlara aid edilən kəllələri tədqiq edən antropoloq A.V.Şevçenko əldə etdiyi materiallarla bağlı yazırdı: «İndi biz Cənubi Rusiya çöllərində X əsrin sonlarından monqol hücumlarına qədərki dövrdə hökmranlıq etmiş qıpçaqların kranioloji tipi haqqında təsəvvürə malik ola bilərik… tapılan kəllələr kəskin çıxıntılı burunları və diş çökəkliyinin dərinliyi ilə seçilir ki, bu da XI əsrdə Avrasiya çöllərində məskunlaşmış türklərin ağ irqə mənsub olmalarını göstərir» (15;158 – 159).
Məqalədə məqsədimiz türk xalqlarının paleoantropologiyasını geniş şəkildə araşdırmaq olmadığından, sonda Azərbaycan türklərinin monoantropoloji tərkibə malik olduğunu əks etdirən cədvəli verməyi lazım bilirik.
AZƏRBAYCAN TÜRK – BAŞ ALMACIQ SAQQAL
LƏRININ ƏRAZI göstəricisi sümük göst – si inkişafı
QRUPLARI
GƏDƏBƏY 76,4 140 3,55
CƏLILABAD 76,6 141,4 3,67
ƏFQANISTAN 74,8 133 3,46
AĞSU 78,2 141,5 3,55
GÖYÇAY 78,1 137,2 3,60
DƏVƏÇI 77,1 137,8 3,66
BƏRDƏ 79,1 139 3,62
BORÇALI 79,5 138,4 3,62
GORANBOY 80,5 139,3 3,54
DƏRBƏND 81 139 3,56
Mis – daş dövrü Tunc dövrü Müasir dövr
Əlamətlər | Cararat (kişi) | Cararat (qadın) (qadın) | Qinçi(kişi) | Qinçi (qadın) | Samtavro (kişi) | Samtavro (qadın) | Lçaşen (kişi) | Lçaşen (qadın) | Göyçə (kişi) | AZƏRBAY- CANLILAR | ERMƏNILƏR | GÜRCÜLƏR |
Baş gös –
təricisi 78,5 73,9 72,5 71,1 72,2 75,9 74,3 75,6 73,6 78,13 86,1 85,4
Almacıq
süm.d. 131 122 134 132,5 127 128,3 122,5 132,8 122,4 135 139,5 141,8
Erkən dəmir dövrü Müasir dövr
Əlamətlər | Samtavro (m.ö. XI – VI əsrlər) | Artik | Akunk | Sama- kaberd | Göyçənin c. -şərqi | Ming.(qat-lanmış) | Ming, (uzadıl-mış) | Ming. ( küp) | AZƏRBAY-CANLILAR | ERMƏ-NILƏR | GÜRCÜ-LƏR |
Baş
göstəricisi 72,1 79,3 75,5 73,7 73,1 75 75 72,2 78,13 86,1 85,4
Almacıq
süm.d. 129,3 133,1 130,1 137,2 130,8 131 135,3 124,8 139,5 141,8 143,5
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
1.Абдущелищвили «Черепа из поздних погребений Самтаврского могилника» ТИЭМ Грузинской ССР. т. 8.Тбилиси, 1960
2. Алексеев В.П., «Происхождение народов Кавказа». Москва,1974 s. 85
3. Бунак В.В., «Crania Armenica». Москва, 1927. s. 26
4. Бунак В.В., Человеческие расы и пути их образования. Журнал «Советская этнография» 1956 № 15
5. Гинзбург В., Расовые типы Средней Азии и их формирование в процессе этногенеза. Проблемы этнической антропологии Средней Азии.Ташкент,1964
6. Гумбатов К.Н., «Забытые курганы». Баку, 1998. s. 68
7. Дебец Г.Ф., О принципах классификации человеческих рас. Журнал «Советская этнография» 1956 № 4
8. Джавахашвили И.А., «История грузинскаго народа». Тифлисъ, 1916. s. 11 – 12
9. Касимова Р.М., Первые палеоантропологические находки в Кобыстане. Журнал «Вопросы антропологии», выпуск 46.Москва,1974. s. 158
10.Ощанин Л.В., Этногенез народов Средней Азии в свете данных антропологии. Журналь «Советская этнография», 1947. 6 – 7
11. Ощанин Л.В., Вопросы этногенеза народов Средней Азии в свете данных антропологии. Ташкент, 1953
12. Рогинский Я.Я., и Левин М.Г., Антропология. Москва,1963
13.Тот Т.А.,Фирштейн Б.В., Антропологические данные о великом переселении народов. Москва,1970
14.Чебоксаров Н.Н., Основные принципы антропологических клаасификаций. ТИЭ АН СССР, новая серия, т.16, Москва,1951
15. Щевченко А.В., Антропологическия характеристика средневекового населения низовий Волги. Исследования по антропологии и краниологии СССР. Ленинград,1980
Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Kərəm Məmmədov
Comments are closed.